Kəlbəcər RİH-nin başçısı Azər Qocayev şəhid Şəfiyev Daşqın Hidayət oğlunun ailəsini ziyarət edib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Şəfiyev Daşqın Hidayət oğlunun ailəsini ziyarət edib.


Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ilk öncə şəhid Şəfiyev Daşqının məzarını ziyarət edib, məzarı üstə tər qərənfilər düzüb, şəhidlərimizin ruhuna dualar oxunub.Daha sonra rayon rəhbəri şəhidin böyüyüb boya-başa çatdığı evində olub, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Daşqın Şəfiyevə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Müzəffər ordunun qalib sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını vurğulayaraq tarixi qələbə qazanıldığını və bu qələbədə Şəfiyevlər ailəsinində payı olduğunu qeyd edərək, Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirmişdir ki, Daşqında digər şəhidlərimiz kimi hər an bizim qəlbimizdə əbədi yaşayacaqdır.Bizlər Daşqın Şəfiyev kimi vətənə canlarını fəda etmiş igidlərimizin sayəsində biz doğma Kəlbəcərimizə, Qarabağımıza qayıdırıq.Bu gün dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev tərəfindən, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı ayrılır, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır. Rayon İcra Hakimiyyətidə daima şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşıb, bundan sonrada bu yanaşma davam edəcəkdir. Azər Qocayev şəhid ailəsini narahat edən məsələlərlə maraqlanıb. Onların müraciət və istəklərini dinləyən rayon rəhbəri, problemlərin həlli istiqamətində lazım olan bütün tədbirlərin görüləcəyini şəhid ailəsinə bildirdi.


Şəhidin atası Hidayət Şəfiyev qeyd edib ki, onların övladı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. O oğulu ilə fəxr etdiyini və bir oğul torpağa verərək minlərlə oğul qazandığını bildirmişdir.Şəhidin atası vurğulamışdır ki, dövlətimiz və xalqımız şəhidlərin xatirəsini daim uca tutur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunublar.Hidayət Şəfiyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə edib.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.