top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcər RİH-nin başçısı Azər Qocayev şəhid Əhmədxan Əhmədovun ailəsini ziyarət edib-FOTOLAR

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Əhmədxan Əhmədovun ailəsini ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə hər zaman xususi diqqət ayrılır. Onlara dövlət səviyyəsində olunan diqqət və qayğı Kəlbəcər rayonunda da davam etdirilir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçsı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə görüşlərə xüsusi önəm verir, səlahiyyətləri daxilində onların qaldırdıqları məsələlərə, müaciətlərə hassaslıqla yanaşıraq, onları narahat edən problemlərin tezliklə həll olunması istiqamətində aidiyyəti üzrə addımlar atır.


Bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərov və Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları ilə birlikdə Vətən müharibəsinin şəhidi Əhmədov Əhmədxan Məzahir oğlunun ailəsini ziyarət edib. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açan İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Əhmədxan Əhmədov kimi oğullarımız daima qəlblərimizdə əbədi yaşayacaqdır. Azərbaycan xalqı onlarla qürurur duyaraq şəhidlərimizin xatirəsinin hər zaman əziz və uca tutacaqdır.


Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan Azər Qocayev həmin qələbənin qazanılmasında Əhmədov Əhmədxanında payı olduğunu bildirib və əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.

Şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiaqamətində dövlət başçısının imzaladığı sərəncamlar barəsində məlumat verən İcra Hakimiyyətinin başçısı “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqətin təzahürü olduğunu vurğulayıb.


Şəhidin atası Məzahir Əhmədov Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanıldığı bildirib. Övladı Əhmədov Əhmədxanın Vətən müharibəsində savaşaraq qəhrəmancasına şəhid olduğunu və hər zaman onunla fəxr etdiyini qeyd edərək ailəsi adından şəhid ailələrinə göstərilən qayğıya və ehtirama görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page