Kəlbəcər RİH-nin başçısı Azər Qocayev abidə kompleksində aparılan işlərlə tanış olub - FOTOLAR



30 ilə yaxın müddət ərzində erməni silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqlarımızı, Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyev torpaqlarımızın azadlığı üçün gecə-gündüz, yorulmadan, milli maraqlarımızı hər şeydən üstün tutaraq apardığı siyasi mübarizənin, xalqımızın iqtidarla birliyinin, ordumuzun rəşadətinin və bu birlikdən yaranan dəmir yumruğun hesabına azad etmişdir.

Azərbaycan ordusu 44 gün müddətinə şanlı qələbə tarixi yazaraq öz adını qalib ordular sırasına yaza bildi.Xalqımız öz rəhbərinin arxasınca birləşib, vahid qüvvə şəklində ordusunun yanında olduğunu və hər zaman əsgərinə, dövlətinə sahib çıxdığını dünyaya nümayiş edirdi.


Vətən müharibəsində oğullarımız ərazi bütövlüyünün bərpası uğrunda ölümün gözünə dik baxaraq şəhadətə yürümüş və ölümsüzlük qazanmışdır.Kəlbəcər rayon sakinləri də, həm ön cəbhədə həm də, arxa cəbhədə vətən müharibəsində fəallıq göstərmişdirlər.Vətən müharibəsində onlarla rayon sakini şəhid və qazi olmuşdur.


Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Göygöl rayon Murovdağ qəsəbəsində daxili imkanlar hesabına inşa edilən abidə kompleksində aparılan işlərlə yerindəcə tanış olub, abidə və ətrafında aparılan abadlıq işlərinə baxış keçirib, abidənin özündə, eləcə də ətrafında əsaslı şəkildə həyata keçiriləcək abadlıq və yenidənqurma işləri barəsində lazımi tövsiyyə və tapşırıqlarnı verib.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.