top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcər RİH “26 iyun Silahlı Qüvvələr Günü”nü N saylı hərbi hissədə əsgər və zabitlərlə birgə

Kəlbəcər rayon İcra Hakimiyyəti “26 iyun Silahlı Qüvvələr Günü”nü N saylı hərbi hissədə əsgər və zabitlərlə birgə qeyd edib.



Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin, Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək, əsgər və zabitləri 26 iyun Silahlı Qüvvələr Gününü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Azərbaycanda ordu quruculuğu prosesindən danışıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu Öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin edib.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başladı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.

Ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Prezident, Ali Baş komandan İlham Əliyevin diqqət və qayğısı ilə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb.Məhz bu səbəbdən də, 44 günlük Vətən müharibəsi dövründə rəşadətli əsgər və zabitlərimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “İrəli” döyüş əmrini yerinə yetirərək qısa bir müddət ərzində əks-hücum əməliyyatı keçirmiş və düşmən üzərində şanlı qələbə qazanaraq, tarixi ədaləti bərpa etmişdir.Eyni zamanda vurğulamışdır ki, Azərbaycan ordusu və Azərbaycan xalıq ilk dəfə olaraq Silahlı Qüvvələr gününü qalib ordunun, qalib xalqın nümayəndələri kimi qeyd edir.



Tədbirdə N saylı hərbi hissənin komandiri və digər çıxış edənlər də Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Respublikamızın ərazi bütövlüyünü şərəflə qoruyacaqlarına əminliklərini ifadə ediblər.

Daha sonra hərbi hissə komandiri tərəfindən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə orduya göstərdiyi diqqətə görə hərbi hissənin şəxsi heyyəti adından təşəkkür ifadə olunub və “ Fəxri Fərman”la təltif edilib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevdə hərbi hissə komandirinə Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi adından qiymətli hədiyyələr təqdim edib.





Tədbir bayram konserti ilə davam edib.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page