top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcər RİH-də videomüşavirə keçirilib

İntihar hallarının yaranma səbəbləri və onların aradan qaldırılması yolları mövzusunda Kəlbəcər Rayon İcra Hakimiyyətində videomüşavirə keçirilib.



Son zamanlar ölkəmizdə intihar hallarının artması, bu halların yaranma səbəbləri və onların aradan qaldırılması yolları, Kəlbəcər rayonunda bu kim mənfi halın yaranmaması üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi məqsədi ilə rayon ümumtəhsil məktəblərinin direktorları və psixoloqlarının iştirakı ilə videomüşavirə keçirilib. Videomuşavirəni giriş sözü ilə açan Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev əvvəlcə müşavirə iştirakçılarını möhtəşəm qələbə münasibəti ilə təbrik edərək bildirib ki, 30 ilə yaxın bir müddətdə erməni tapdağında qalan torpaqlarımız Müzəffər Ali Baş Komanan, Qalib Sərkərdə cənab İlham Əliyevin siyasi uzaqgörənliyinin və məqsədyönlü apardığı davamlı siyasətin nəticəsi olaraq düşmənlərdən azad edilmişdir.Dövlətimizin başçısının qətiyyəti, xalqın bir amal ətrafında birlyi, əsgərlərimizin rəşadəti, qorxmazlığı və milli birlikdən doğan dəmir iradənin nəticəsində xalqımız qələbə sevincini yaşamış, öz adını qalib xalqlar siyahısına daxil etmişdir.Təbii ki, müharibə itkisiz olmur.Biz vətən torpaqlarının azdlığı uğrunda şəhid olan soydaşlarımıza uca Allahdan rəhmət diləyir, yaralı qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.Bu gün şəhid ailələri və qazilərimiz eləcədə Vətən müharibəsi iştirakçıları daima dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, qazilərimizə yüksək həsaslıqla yanaşaraq onları diqqət mərkəzində saxlamışdır.

Dövlətimizin başçısı cənab İlham Əliyevin bayram ərəfəsində milli ailə dəyərlərini üstün tutaraq ailəsi ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə olması, orada xidmət aparan hərbiçilərimizlə görüşməsi, milli mənəvi dəyərlərimiz olan abidələrimizi ziyarət etməsi bir daha sübut edir ki, cənab İlham Əliyev hər bir azərbaycanlının prezidentidir və Azərbaycanın hər bir qarış torpağı onun üçün əzizdir.

Bu gün cəmiyətimizi ən çox narahat edən və aktual məsələ olan məktəblilərin intihar hadisəsinə toxunan Eldəniz Mehtiyev çıxışı zamanı qeyd etmişdir ki, hər bir şagird, hər bir fərd cəmiyyətimiz üçün olduqca əhəmiyətli rol oynayır.Həmin fərdlərin cəmiyyət üçün layiliqli vətəndaş kimi formalaşdırılmasında və cəmiyyətə təqdim edilməsində məktəb direktorlarının və psixoloqlarının üzərinə böyük məsuliyyət düşür.Məktəblilərlə bu istiqamətdə işin düzgün şəkildə qurulmasının vacibliyini vurğulayan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev bu məsələnin daima diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edərək öz tövsiyyə və tapşırıqlarını vermişdir.

Daha sonra Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən İsmayıl Məhəmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, İctimai-siyasi və Humanitar məsələlər şöbəsini müdir müavini Heydər Bəylərov və İctimai-siyasi və Humanitar məsələlər şöbəsini baş məsləhətçisi Hikmət Bağırov çıxış edərək mövzunun əhəmiyyətindən söz açmış və intihar hallarının yaranma səbəbləri və onların aradan qaldırılması yolları , intihar hallarının mənfi nəticələri, ailədaxili münaqişələrin yeniyetmə və gənclərdə intihar düşüncəsinə səbəb olması barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, ümumtəhsil məktəblərində şagirdlərdə intihar düşüncəsinin qarşısının alınması üçün müəllim-şagird-valideyn sıx əlaqəli formada fəaliyyət göstərməsinin vacibliyi qeyd olunmuşdur.

Yekunda intihar hadisələrini yaradan səbəblər və bu səbəblərin aradan qaldırlması istiqamətində müşavirədə iştirak edən məktəb direktorları və psixoloqlar çıxış edərək öz fikir və təkliflərini bildirdilər.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page