Kəlbəcər RİH-nin başçısı, əməkdaşlar,hüquq mühafizə orqanı rəhbərləri abidə kompleksin ziyarət edib

Şəhidlərimizin ruhları indi şaddır !



Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Kəlbəcər rayonunun işğalının 28-ci ildönümündə Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzmüş və şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Daha sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirmişdir ki, kəlbəcərlilər doğma yurda qayıtmaq ümüdini heç vaxt itirməmiş və əminliklə həmin günün reallaşmasını gözləyirdilər.27 sentyabrda başlayan Vətən müharibəsi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti ilə tarixi zəfərlə başa çatdı.Cənab İlham Əliyevin “ Dəmir Yumruğu” kəlbəcərlilər kimi digər məcburi köçkün həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Cənab prezident İlham Əliyevin siyasi və hərb meydanında qazandığı üstünlük, apardığı uğurlu siyasət erməniləri vadar etdi ki, Kəlbəcər bir güllə atılmadan təcavüzkarlardan azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibəti ilə 25 noyabr 2020-ci ildə xalqa müraciətindən sonra respublikamızın hər yerində yaşayan kəlbəcərli məcburi köçkünlər Azərbaycan bayrağı, cənab Prezidentin və Ulu öndərin şəkili əllərində “Qarabağ”, “Qarabağ Azərbaycandır”, “Kəlbəcər Qarabağdır”, “Yaşasın Ali Baş Komandan!”, “Biz Kəlbəcərə qayıdırıq”, "Yaşasın Azərbaycan Ordusu" kimi müxtəlif şüarlar tutaraq bir-birini təbrik edib, doğma yurdlarının, el-obalarının işğaldan azad olmasını bayram ediblər. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıblar.




Rayon rəhbəri əminliklə vurğulamışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər rayonu daha da inkişaf edərək, təkcə ölkəmizdə deyil dünya miqyasında tanınan bir rayon olacaqdır.Biz kəlbəcərlilərdə rayonumuzda aparılacaq yenidənqurma və bərpa işlərində müsəlləh əsgər kimi hər zaman dövlət başçımızın yanındayıq.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.