top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcər RİH-nin başçısı Azər Qocayev itkin düşmüş əsgərin ailəsin ziyarət edib - FOTO

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən Müharibəsində itkin düşmüş əsgər Verdiyev Eldəniz Rabil oğlunun ailəsini ziyarət edib.


Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayon Seyidlər kənd sakini, Vətən Müharibəsində itkin düşmüş əsgər Verdiyev Eldəniz Rabil oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmış və ailə üzvlərinə səbr diləmişdir.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Müzəffər ordunun qalib sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını vurğulayaraq tarixi qələbə qazanıldığını və bu qələbədə Verdiyevlər ailəsinində payı olduğunu qeyd edərək, Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirmişdir ki, Verdiyev Eldəniz kimi vətənə canlarını fəda etmiş igidlərimizin sayəsində biz doğma Kəlbəcərimizə, Qarabağımıza qayıdırıq.Bu gün dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev tərəfindən, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı ayrılır, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır. Rayon İcra Hakimiyyətidə daima şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşıb, bundan sonrada bu yanaşma davam edəcəkdir.İtkin düşmüş hərbiçilərimizin talehi dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir və bununla bağlı dövlət səviyyəsində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.Ümid edirik ki, tezliklə itkin əsgərlərimiz tapılaraq ailələrinə təhvil veriləcəkdir.

Azər Qocayev itkin düşmüş hərbiçimizin ailəsini narahat edən məsələlərlə maraqlanıb. Onların müraciət və istəklərini dinləyən rayon rəhbəri, problemlərin həlli istiqamətində lazım olan bütün tədbirlərin görüləcəyini şəhid ailəsinə bildirdi.

Verdiyev Eldəniz Rabil oğlunun ailəsi qeyd edib ki, onların övladı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşüb. O oğulu ilə fəxr etdiyini bildirərək qeyd edib ki, şəhid ailələrinə, itkin düşmüş hərbiçilərimizin ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə edib.


kelbecer-ih.gov.az



Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page