top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcər RİH-də rayonun idarə və müəssisələrində çalışan Vətən müharibəsi iştirakçiları ilə görüş

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonun idarə və müəssisələrində çalışan Vətən müharibəsi iştirakçıları ilə görüşüb.



Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçı Azər Qocayev 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibəti ilə Vətən müharibəsi iştirakçılarını təbrik edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyev uzun müddət ərzində erməni vandalları tərəfindən işğal altında saxlanılan torpaqlarımızı gecə-gündüz yorulmadan, milli maraqlarımızı hər şeydən üstün tutaraq apardığı siyasi mübarizənin nəticəsi olaraq azad etmişdir. Rəhbər, xalq, ordu birliyinin və bu birlikdən yaranan dəmir yumruğun hesabına Azərbaycan ordusu 44 gün müddətinə şanlı qələbə tarixi yazaraq öz adını dünyada qalib ordular sırasına yaza bildi.Xalqımız öz rəhbərinin arxasınca birləşib, vahid qüvvə şəklində ordusunun yanında olduğunu və hər zaman əsgərinə, dövlətinə sahib çıxdığını dünyaya nümayiş edirdi.


Vətən müharibəsində oğullarımız ərazi bütövlüyünün bərpası uğrunda əsil qəhrəmanlıq göstərərək şəhadətə yürümüş və ölümsüzlük qazanmışdır.Kəlbəcər rayon sakinləri də, həm ön cəbhədə həm də, arxa cəbhədə vətən müharibəsində fəallıq göstərmişdirlər.Vətən müharibəsində onlarla rayon sakini şəhid və qazi olmuşdur.


Görüşdə bildirilmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyev daima şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.Dövlətimizin başçısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq Kəlbəcər Rayon İcra Hakimiyyətidə daima şəhid ailələri və qaziləri diqqətdə saxlayaraq, onları ziyarət etmiş, onları narahat edən məsələlərin səlahiyyətləri daxilində həllinə çalışmışdır. Hal-hazırda Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Göygöl rayon Murovdağ qəsəbəsində daxili imkanlar hesabına inşa edilən abidə kompleksidə şəhidlərimizin əziz xatirəsinə olan ehtiramın bariz nümunəsidir.


Daha sonra rayon rəhbəri bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Kəlbəcər Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və bu şöbəyə Vətən Müharibəsinin iştirakçısı Oruczadə Tural Nazim oğlu təyin olunub.Yeni yaranmış şöbə şəhid ailələri, qazilərlə və Vətən müharibəsi iştirakçıları ilə işini daha sıx quracaq və onları narahat edən məsələlərin həllinə çalışılacaqdır. Vətən Müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat verən rayon rəhbəri həmişə onların yanında olduğunu diqqətə çatdırmışdır. Görüşdə iştirak edən müharibə iştirakçıları şanlı Azərbaycan Ordusu sıralarında keçdikləri döyüş yolundan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, qətiyyətindən, iradəsindən və əzmindən iftixarla danışmışlar. Vətən Müharibəsində xidmətlərinə görə möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunduqlarını bildirən döyüşçülər Ordu sıralarında qulluq etməkdən şərəf duyduqlarını, lazım olan anda Vətənin müdafiəsinə hər zaman hazır olduqlarını bildiriblər. Tədbirin sonunda görüş iştirakçıları Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən Vətən müharibəsində göstərdikləri fədakarlığa görə fəxri fərman təltif edilmişdir.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page