Kəlbəcər RİH-nin Başçısı tərəfindən Kəlbəcər məktəb direktorları ilə videokonfrans keçirildi

Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən Kəlbəcər rayonunun ümumtəhsil məktəb direktorları ilə videokonfrans keçirildi.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin öyrənilməsi məqsədi ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonda fəaliyyət göstərən 109 ümumtəhsil məktəb direktorları ilə videokonfrans keçirtdi. Videokonfrans  vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 01 may 2020-ci il tarixli Qərarına riayət olunması və  məktəblərin yerləşdiyi ərazilərdə əməli tədbirlərin görülməsi  ilə bağlı tapşırıqlar verildi.



Videokonfransda 2019-2020-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparıldı. Rayon rəhbəri müzakirə zamanı, məktəblərdə şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafı haqqında danışaraq öz tapşırıq və tövsiyyələrini verdi. O cümlədən, qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etmək olduğunu qeyd etdi.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev