Kəlbəcər RMX-də qanvermə aksiyası keçirilmişdir
Kəlbəcər rayon icra hakimiyyətinin müvafiq sərəncamı və təşkilatçılığı ilə Kəlbəcər rayon mərkəzi xəstəxanasında Ulu öndər Heydər Əliyev və görkəmli alim Zərifə xanım Əliyevanın yubileyi tədbiri keçirilmişdir.

Rəsmi hissə bitdikdən sonra rayon ictimaiyyətinin iştirakı ilə könüllü qanvermə aksiyası keçirilmişdir.Tədbirdə 61 nəfər müayinə olunmuş,40 nəfərdən götürülmüş qan nümunəsi "Mərkəzi Qan Bankına" göndərilmişdir.
QAN VERMƏK SAVABDIR. QAN VERMƏK YAŞATMAQDIR.
Rayon ictimaiyyətinə təşəkkürümüzü bildiririk.
