Kəlbəcər Veteranları mədəniyyət işçilərimizlə birlikdə N saylı hərbi hissədə - VİDEO



26 iyun Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə bir sıra silsilə tədbirlər keçirilmişdir.

Kəlbəcər Veteranlar Birliyi və "Aşıq Şəmşir" adına mədəniyyət evinin nümayəndələri "N" saylı hərbi hissədə əsgərlərimizlə görüşmüş, onlara əsl bayram əhval-ruhiyyəsi yaratmışdır.

Əsgərlərə bayram sovqatı və hərbi hissəyə hədiyyə təqdim edilmişdir.

Həmçinin Kəlbəcər Mədəniyyət evinin sənətçiləri əsgərlərə bayram konserti ilə çıxış etmişdir.


Əsgərlərlə görüşdə Kəlbəcər Veteranlar Birliyinin sədri Ramiz Əliyev,Kəlbəcər təhsil şöbəsinin müavini Məhiyyədin Əbdürrəhmanov, "Aşıq Şəmşir" Mədəniyyət evinin müdiri Akif Bayramov,veteranlardan İlqar Quliyev və digərləri iştirak etmişdir.Tədbirdə vurğulanmışdırki,hər il artıq bu kimi görüşlər ənənə halın alıb və hər vaxtda bu görüşlər olacaqdır.Ordu quruculuğunda əməli işlər görülmüş və bu da bir daha 2016-cı ilin aprel döyüşlərində özün göstərmişdi.Hətta yaxın günlərdə Naxçıvan MR-da qaytarılan yüksəkliklər bir daha ordumuzun hansı gücə malik olmasını əyani suretde göstərdi və ordu quruculuğunda görülən işlərə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq bildirildi.

Tədbirdə iştirak edən sənət nümayəndələrimiz Gitaris Azər Zakiroglu, Aşıq Mehdi Mənsimov əsgərlərdə xoş əhval-ruhiyyə yaratmış və gözəl ifalarına yüksək həvəslə qulaq asmışdılar.

Qeyd edək ki, tədbirdəki videolar Zaur Akifoğluna, fotolar isə Sənan Məmmədova aiddir.





















#Tədbir #SilahlıQüvvələr

22 views