Kəlbəcərdə mühasirədə qalanlar yenidən görüşdü - 26 ildən sonra ilk dəfə - FOTOLAR

Kəlbəcər rayonunun işğalı zamanı 4 aya qədər Başlıbel kəndində mühasirədə qalmış hərbçilər və mülki sakinlər 26 ildən sonra ilk dəfə yenidən görüşüblər. Görüşdə 1993-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini bitirməli olan, lakin rayonun işğalı ilə əlaqədar "son zəng"i çalınmayan məzunları da iştirak edib. Kalbajar.com koordinat.az-a istinadən xəbər verir ki, görüşə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində düşmən ordunun mühasirəsində qalan və 113 gün davam edən mühasirədən sağ çıxanların yalnız kişi cinsindən olan nümayəndələri qatılıb. Əvvəlcədən müəyyən edilmiş səfər proqramına uyğun olaraq, iştirakçılar Göygöl rayonuun Toğanalı kəndindəki istirahət mərkəzlərinin birində toplanıb. Hazırda respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan mühasirə yoldaşlarının 26 ildən sonra yenidən bir araya gəlməsi böyük ruh yüksəkliyi ilə qarşılanıb. İki gün davam edən görüşdə mühasirə iştirakçıları Kəlbəcərin işğalı ilə bağlı xatirələrini danıblar. İşğal zamanı 65 min nəfərlik əhalisi olan rayonun ermənilər tərəfindən necə talan-qarət edildiyini gözləri ilə görən şahidlər Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-dən 19-a keçən gecə Başlıbel kəndində törətdiyi faciə və bu faciədən sonra şəhidlərin gizli şəkildə dəfn edilməsi, ac və köməksiz vəziyyətdə kahalarda sığınmış insanların ərzaq axtarışları, ayrı-ayrı kəndlərdən topladıqları ərazağı sığınacaqlara çatdırarkən üzləşdikləri çətinliklər və nəhayət, 113 gün mühasirədən necə çıxdıqları barədə ətraflı məlumat veriblər.

Görüşün ikinci günü Göygöl Milli Parkına və dəniz səviyyəsindən hündürlüyü 1910 metr hündürlükdə yerləşən Maralgöl Dövlət Qoruğuna gəzinti təşkil olunub. Xatırladaq ki, Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində mühasirədə qalan 76 nəfərdən 14 nəfəri aprelin 2-də mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə kəndin ərazisindəki kahalara sığınaraq mühasirə həyatını davam edib. Mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Ermənistan ordusunun Başlıbel kəndində köməksiz vəziyyətdə kahalara sığınmış əliyalın insanlara qarşı törətdiyi vəhşiliklər, evlərin yandırılması və talan edilməsi, bir gecədə 4 ailənin bütün üzvlərinin qətlə yetirilməsi Qarabağ müharibəsi dövrünün ən dəhşətli hadisələrindədir.

Tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Elxan Salahovun bu ilin əvvəlində çapdan çıxmış “Qanlı kaha” kitabı məhz bu hadisələrdən bəhs edir. Sənədli-publisistik povestdə Kəlbəcərin işğalı Başlıbel kəndində kahalara sığınan dinc sakinlərin məşəqqətli mühasirə həyatı, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar şahidlərin xatirələri əsasında qələmə alınıb.

365 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev