Kəlbəcərdə "məhsul" bayramı - "Dəlidağın nağılları" silsiləsindən


Qədim adət-ənənələri, zəngin təbii sərvətləri, məxsusi coğrafi mövqeyi ilə seçilən ölkəmizdə hər regiona uyğun məhsul bayramlarının keçirilməsi adət halını alıb. Məsələn, Qubada alma bayramı, Göyçayda nar bayramı... Kəlbəcər nəinki zəngin təbii sərvətləri, faydalı qazıntıları, mineral müalicəli bulaqları ilə məhşur olsa da, onlardan dəfələrlə qiymətli söz səltənətinə malik idi. Bu gün həmin təbii sərvətlərə əlimiz çatmasa da, Kəlbəcərin Söz Xəzinəsindən daim bəhrələnirik. Hər bir mütəxəssisin çətin anlarında müraciət etdiyi stolüstü rəhbərlik kitabları olduğu kimi, hər bir Kəlbəcərlinin də özünün stolüstü rəhbərlik kitabı var. Bu, dünyanın söz xəzinəsinə öz əvəzsiz töhfələrini bəxş etmiş Kəlbəcər söz adamlarının bizə qoyub getdiyi ən qiymətli mirasdır.


Görəsən Kəlbəcərsiz aşıqlıq sənətində Dədə Şəmşir kimi ağayana, müdrik söz sahibi, sözün dilini ən incəliyinə qədər duyan Ənvər Rza kimi tərcüməçi-şair, sözün dadını-tamını Məmməd Aslan qədər hiss edən söz nəhəngləri yenidən dünyaya gələcəkmi?


MAHİR HACİB

Çətin... Kəlbəcərdə məhsul bayramı qeyd olunsaydı, sözsüz ki bu söz bayramı olmalı idi. "Kəlbəcər" sözü bir brend kimi milyonlarla sözün içindən seçilir. Kəlbəcər adamı da eynilə. Son illər dünyasını dəyişmiş Əli Başlıbelli, Bəhmən Vətənoğlu, Qəmkeş Allahverdi, Sücaət və neçə belə qüdrətli söz adamları cismən bizdən ayrılsalar da, ruhən əbədi olaraq bizimlədirlər. Onların bizə yazıb qoyduqları söz xəzinəsindən daima bəhrələnirik. Çətin anlarımızda istədiyimiz duyğuları özümüzə aşılaya bilirik. Bu, mənim bir subyektiv fikrimdir və həyatda gəldiyim qənaətdir, duyğularımdır. Həmin duyğulardan bir neçə yarpağı söz qədri bilən oxuculara təqdim edirəm: Gedəni saxlamaq olmaz yolundan Sən ha tut əlindən, yapış qolundan Yer üzü Allahın çıxıb yadından Əzrayıl xod gedir xırxıra kimi. Çalıb- çalxalanıb çanağa dönüb Çıxıb it ağzından yalağa dönüb Qarnına dərd dolub, yumağa dönüb Yer özü fırlanır fırfıra kimi. Ürəklərə daş döşənib döşəmə Nə qaldı ki ayaqlara döşənə Dağ başına qar ələnir döşə nə Buz tutub qəlbləri sırsıra kimi. koordinat.az

#Kəlbəcərhəsrəti #Kəlbəcər

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev