Kəlbəcərdə son çərşənbə

...Sıra-sıra düzülən maşın karvanının ucu-bucağı görünmür. Hər kəs Murovun o biri üzünə keçməyə, Kəlbəcərdən uzaqlaşmağa tələsir... Yük maşınında qalaq-qalaq insanlar intizarla ora-bura boylanır, yaranmış tıxacın nə zaman açılacağını gözləyir. Acı, dəhşət, qorxu bir-birinə qarışaraq insanlığın ən kədərli mənzərəsini cızıb onların üzündə... Ucu şiş, sıldırım qayalarda daha qartallar qıy vurmur. Göyün üzünü qara bulud kimi örtmüş leş qarğalarının qarıltısı insan ah-naləsinə qarışıb. Bu il nədənsə bahar da gecikir. Əvvəlki illərdə baharın gəlişinə bir xeyli qalmış kol altından boylanardı bənövşələr... Bu boynubükük, utancaq güllərdən dəstə tutardı cavan oğlanlar öz sevdiklərinə... - Ana, yemək ver... - Nə verim, ay bala? Heç nə yoxdur axı yeməyə. Bir az döz... - Yemək istəyirəm... Aclıqdan qıvrılan qarnımı qucaqlayaraq, zülüm-zülüm ağlayırdım. Əslində bu gün məktəbə geyinməli olduğum ağ kalqotkanın dizləri ağzımın-gözümün bir-birinə qarışmış suyundan tamamilə islanmışdı. Birdən bizimlə bərabər köç maşınının üstündə oturmuş tanımadığım bir qadının dediyi sözlər məni o qədər sevindirdi ki, dərhal ağlamağımı kəsib, əlimi irəli uzatdım. O, əlindəki boğçanı aramla açıb içərisindən Novruz bayramında bişirdiyi quzu fiqurunu çıxardı, başını kəsərək mənə uzatdı. - Al ye... Niyə ağlayırsan ki, yekə qızsan... Tez mənə uzadılan şirniyyatdan iri bir tikə qopardım və çeynəyib udmağa hazırlaşırdım ki, gözlərim quzunun mixək gözlərinə sataşdı. Bu gözlər mənə o qədər şeylər xatırladırdı ki, ağzımdakı tikəni elə hey çeynəyir, çeynəyir, uda bilmirdim... * * * ...Xıdır Nəbi bayramı idi. Xıdır Nəbi Kəlbəcərdə fevral ayında keçirilirdi. Bu, çərşənbələrin, Novruzun gəlişinə hazırlıq idi. Hər həftənin dördüncü günü Kosa gəzdirilirdi. Kəndin cavan oğlanları bir evə yığışır, Kosaya dəridən hazırlanan xüsusi papaq, tərs çevrilmiş dəri gödəkcə geyindirir, əlinə taxtadan qılınc verirdilər. Axşam şər qarışanda Kosa digər cavanların müşayiəti ilə ev-ev gəzib, məşhur "A Kosa, Kosa, gəlsənə...” mahnısını oxuyur, payını yığırdı. Ona un, yağ, şəkər tozu, bəzən də pul verirdilər. Bütün evləri gəzib qurtardıqdan sonra əldə olunan ərzaqdan halva çalınır, bütün kəndə paylanırdı. Pul isə Kosa gəzdirənlər arasında bölünürdü. Kosayla bağlı ağlıma gələn ilk fikir ondan çox qorxmağım idi. Birinci dəfə səsi gələndə qaçıb girmişdim çarpayının altına. Nə illah eləmişdilərsə, Kosa gedənə qədər ordan çıxmamışdım. Anam isti çörək bişirib soyuması üçün süfrənin üzərinə düzmüşdü... Hələ də o gün bişən çörəyin ətri burnumdan getməyib... * * * Yanvar ayından etibarən yuxudan duran kimi uşaqların ilk işi toyuq hininə baş çəkmək idi. Çox yumurtaya ehtiyacımız var idi. O qədər çox ki, həm anamıza şirniyyat bişirmək üçün yetməli, həm onları al-əlvan boyamalı, ən əsası da döyüşdürməli idik. Yumurtadöyüşdürmə işinə adətən qardaşlarım baxırdı. Yumurtalardan birini seçir, onu duzlu suda o qədər qaynadırdılar ki, daş kimi olurdu. Nəticədə qalib də mütləq onlar olurdu. Yadıma düşmüşkən, balaca qardaşım heratı növündən olan bir xoruz saxlayırdı. Biz cürət edib böyüklər olmadan həmin xoruzun həndəvərinə yaxın dura bilmirdik. Axırıncı çərşənbədə xoruzları döyüşdürürdülər. Acı bibərdən yeyib, qəzəbini çıxarmağa yer axtaran xoruzlar bir-birinin pipiyini al-qana boyayırdı... * * * Fevral ayının axırıncı həftəsi səməni qoyardıq. Mütləq mən də bir nəlbəki götürərdim və öz səmənimi özüm qoyardım. Hər gün gedib-gəlir, bu balaca nəlbəkidəki səməniyə o qədər su verir, əlimlə buğdaları o tərəf-bu tərəfə çevirirdim ki, axırda səməni adına bir-iki cücərti çıxırdı. Amma həmin bir-iki tel səməni də mənə bəs edirdi fəxrlə deyim ki, bu, mənim səmənimdir... * * * Bütün gün gözləyirdik ki, şər nə vaxt qarışacaq, tonqal qalayaq (Biz buna küləş qalamaq deyirdik). Bir neçə gün malların qabağından yığdığımız saman, ot qalığını toplayaraq, səbirsizliklə axşamı gözləyərdik. Ən çox da məftilin ucuna bir topa əski dolayaraq hazırladığımız lopaları alışdırmaq üçün ürəyimiz gedirdi. Nəhayət, o an yetişirdi və biz tonqalı qalayırdıq. Lopalar göyün üzünə işıq saçırdı. Bir də görürdün, lopadan sıçrayan qığılcımlar hansısa ot tayasına düşdü. Beləcə, səhərə qədər böyük bir tonqal yanırdı və bu, əlbəttə, daha çox biz uşaqları sevindirirdi... Özüm tonqalın üstündən sərbəst tullanmağa qorxduğum üçün atam məni qucağına alaraq tonqalın üstündə o yana, bu yana üç dəfə fırladırdı. "Ağırlığım, uğurluğum, tökül-tökül, burda qal”... Hoppp... * * * Bir də gördüm nənəm məni səsləyir, ay bala, get gör əmin evdədir? Gəlsin bu kömbəni kəssin, atan evdə yoxdur. Hər bayram nənəm quyruq yağı, qoz, süd, undan kömbə bişirərdi. Bir yekə sacın içini yuyur, xəmiri ora yayırdı. Daha sonra başqa bir sacın da içini yuyub onun ağzına qapaq kimi qoyurdu. Sacın altını və üstünü tamamilə közlə örtürdü və nəticədə qıpqırmızı ləzzətli kömbə hazır olurdu. Amma adətə görə mütləq həmin kömbənin ilkini ailəli kişi kəsməli idi. Daha sonra kömbə səliqə ilə doğranır və bütün qonşulara da pay verilirdi. Amma nənəm rəhmətə getdiyi üçün indi də bilmirəm ki, niyə həmin kömbəni kişi, özü də məhz ailəli kişi kəsməli idi. Təbii ki, nənəm sağ olan dövrdə də mən çox kiçik idim və bu cür halları təbii qəbul edərək sual verməyi belə ağlıma gətirmirdim... * * * Bir neçə qonşu yığışaraq, şəkərbura, paxlava, ümumiyyətlə, bayram şirniyyatını bir yerdə bişirirdi. Bu, həm şirniyyatların bişirilməsini asanlaşdırır, həm də qız-gəlinin deyib-gülmək üçün bir yerə yığışmasına bəhanə olurdu. Səhərə qədər yatmır, şirniyyat bişirirdilər. Biz uşaqlar da yuxu güc gələnə qədər bu prosesdə iştirak edirdik. Gah şəkərburaya içlik qoymaq, gah da paxlavanın üzərinə fındıq yapışdırmaq kimi "kiçik tapşırıqları” yerinə yetirirdik. Onu da qeyd edim ki, bir gün əvvəlcədən kəndi taqqıltı səsi başına götürürdü. Əsasən də uşaqlar bir əlində çəkic sabahkı şirniyyatları bişirmək üçün qoz, fındıq, badam qırırdı. Elə ki şirniyyatlar tamamilə bişib qurtarırdı, bərabər şəkildə onu paylara bölürdülər. Uşaqlardan birinin gözlərini bağlayırdılar, əllərini payın birinin üstünə qoyaraq soruşurdular ki, bu kimin payı, uşaq da deyirdi tutaq bu, filankəs xalanın. Beləcə, bütün paylar ədalətli şəkildə bölünürdü. Axırda da gözü bağlanan uşağa mükafat kimi bir şəkərbura, bir paxlava verilirdi. Buna görə də bu vəzifə üstündə uşaqlar arasında o qədər dava düşürdü ki... * * * İlaxır çərşənbə tonqalı yandırıldıqdan sonra bütün süfrələr bəzənirdi, xüsusilə də şirniyyatlarla, meyvələrlə. Xonçanın ortasında isə quzu fiqurlu şirniyyat olurdu. Boğazına qırmızı bağlayar, ağzına da bir tel səməni qoyardılar. Əksər hallarda bu quzuların bir qulağı yerində olmurdu. Çünki... Elə təzəcə stolun altından başımı çıxararaq əlimi quzunun qulaqlarına uzadırdım ki, kiminsə gəldiyini eşitdim. Tələsik qulaqlardan birini qoparıb ağzıma qoydum, o biri isə əlimdən süfrəyə düşdü. Stolun altına girib elə ləzzətlə yeyirdim ki, bu quzu qulağını... Qopan digər qulaq isə, çox güman ki, yenidən kibrit çöpü ilə yerinə calaq ediləcəkdi... * * * Qoz, fındıq, şirniyyat, konfet, meyvə dolu boşqablarda qonşulara, qohumlara çərşənbəlik payı daşıyırdıq. Qablarımız boş qaytarılmır, ora bizim payda olmayan şirniyyatlardan, meyvələrdən qoyularaq geri göndərilirdi. Hərəmizin də günlər əvvəldən hazırladığımız ağzıbüzməli torbalarımız olurdu. Uşaqlar dəstə-dəstə yığışaraq həmin torbaları qapılara atıb, Novruz payı yığırdılar. Elə olurdu ki, bir qapıya 3-4 dəfə torba atırdıq. Heç birində də boş qaytarılmırdıq. Eh, uşaqlıq... Səhər tezdən də bütün uşaqlar durub axşam paylardan, torbalardan yerə tökülən qoz-fındığı yığırdıq... * * * Həyətimizdə söyüd ağacı var idi. Bayram axşamı elə hey gözləyirdik ki, onun başı nə zamansa yerə dəyəcək və arzularımız həyata keçəcək. Bir də görürdük ki, yatıb qalmışıq və söyüd ağacı da çoxdan başını göyə qaldırıb. Səhər obaşdan hələ dan üzü ağarmamış qızlar durub gedirdi çay başına, "lal su” gətirməyə. Həmçinin də çayın içindən kiçik çınqıllar götürürdülər. Həmin sudan evin hər küncünə, həyətə səpər, çınqıllardan çörək təknəsinin dibinə, un kisəsinə qoyardılar ki, ev daim ruzulu və bərəkətli olsun. * * * Martın 21-i isə "aş bayramı” idi. Belə deyirdik. Mütləq evlərdə qaralı plov dəmlənərdi. Yanında da çölarmudu qaxından hazırlanmış şirə. Bu gün qohumlar, qonşular bir-birinin evinə gedər, mütləq o aşdan bir qaşıq da olsa dadardı. Kəndin ortasında Novruz şənliyi keçirilərdi. Kəndirbaz olardı və Azərbaycanın heç bir bölgəsində olmayan Maral oynadardılar. Bu oyunda maral başlı və al-əlvan xalçalara bürünmüş kişi zurna sədaları altında elə gözəl rəqs edərdi ki... Sinəsinə saz basmış iki aşıq meydanda gərdiş edər, "Əsli və Kərəm” dastanını danışardı: Ərzurumun gədiyinə varanda, Onda gördüm bürəm-bürəm qar gəlir. Lələm dedi: "Gəl bu yoldan qayıdaq”, Dedim: "Lələ, qeyrətimə ar gəlir”... * * * 1993-cü ilin mart ayı idi. Elə bil ki, bu il bahar gəlməyə tələsmirdi. Havanın qaş-qabağı heç açılmırdı... Artıq bir il idi ki, ermənilər Kəlbəcərin işıqlarını söndürmüşdü. Evlər ancaq neft lampaları ilə işıqlandırılırdı. Batareya ilə işləyən radiolardan istifadə edilirdi. Amma radionu açmağa qorxurduq. O dövrlər idi ki, Xocalının, Şuşanın, Laçının bir-birinin ardınca ermənilər tərəfindən tutulduğu elanını eşidirdik radiodan... Heç kimin əli qalxmırdı ki, Novruza hazırlaşsın, bayram sevinci yaşasın. Biz uşaqlar isə bütün bunlardan xəbərsiz idik. Analarımızı məcbur etmişdik ki, kənddə generatorla işləyən çörək sexində bizə şirniyyat bişirsinlər, amma nə sirr idisə, bu Novruzda bişən kökələrin heç dadı yox idi... * * * 1993-cü il aprelin 2-si idi. Murovun aşırımlarında maşın karvanının ucu-bucağı görünmürdü. Qoca, cavan, uşaq dolu bu karvan bizi o xoşbəxt Kəlbəcərli günlərdən sürətlə uzaqlaşdırırdı. Elə uzaqlaşdırırdı ki, indi o bəxtəvər günlərə xatirələrin yaddaşı ilə də qayıda bilmirik! Bəlkə də qayıtmağa qorxuruq! Xatirələrimizə nisgil hopub, kədər ayaq açıb... * * * - Ay bala, bəs bayaqdan ağlayırdın ki, acından ölürsən. Niyə udmursan o ağzındakı tikəni? Kəsilmiş quzu başının mixək gözlərindəki kədər süzülüb içimdəki nisgilə qarışaraq məni hələ də boğur... Ağlamaq, ürəyimi parçalayan bu ağırlıqdan qurtulmaq istəyirəm, ağlaya bilmirəm... * * *

...Və 26 ildir bu yorğun, qəm yükü çəkən köç bir ağbirçək qadının dizlərinə döyə-döyə "Atam yurdu girov qaldı, aman heyyy...” hayqırtısı altında gecə-gündüz elə hey dayanmadan bilinməyənə doğru yol gedir... Yasəmən MUSAYEVA, "Azərbaycan

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

DSC_6292.JPG

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

 

İşğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:
 

27 sentyabr
 

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
     

 3 oktyabr
 

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
     

 4 oktyabr
 

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
     

5 oktyabr
 

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
     

 9 oktyabr
 

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 

  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

  • Tərtər rayonunun Çaylı kəndi
     

 14 oktyabr
 

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
     

15 oktyabr
 

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

  • Füzuli rayonunun Arış kəndi

  • Cəbrayıl rayonunun Doşulu kəndi
     

 16 oktyabr
 

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
     

 17 oktyabr
 

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
     

 18 oktyabr
 

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
     

 19 oktyabr
 

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
     

 20 oktyabr
 

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
     

 21 oktyabr
 

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
     

 22 oktyabr
 

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
     

23 oktyabr
 

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
     

 25-26 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
     

28 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri

  • Füzuli rayonunun Mandılı kəndi

  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri

  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
     

30 oktyabr
 

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri

  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri

  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
     

2 noyabr
 

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri

  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri

  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
     

4 noyabr
 

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri

  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri

  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.


7 noyabr

 

• Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

• Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

• Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

• Zəngilan rayonunun Beşdəli kəndi

• Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

• Xocalının Qarabulaq, Moşxmaat kəndləri
 

8 noyabr  
 

  • ŞUŞA şəhəri


9 noyabr
 

  • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri

  • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri

  • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri

  • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri

  • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi

  • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

 
10 noyabr
 

  • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

  • Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.
     

20 noyabr
 

  • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.
     

25 noyabr
 

  • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib.

     

    Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir.

    2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.
     

1 dekabr
 

  • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan

     

    çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.

    Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir

    qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev