top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

“Kəlbəcərdəki mina partlayışları Ermənistanın terrorçu siyasətini göstərir ” – Millət vəkili



“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minaların partlaması nəticəsində həyatını itirən və yaralan Azərbaycan vətəndaşları, hərbçilərimiz var. Münaqişənin dayandırılması ilə bağlı məlum üçtərəfli bəyanatdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın mina terroru davam edir".

Kalbajar.com xəbər verir ki, Milli Məclisinin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar aşkarlanır:."Ermənistan üzbəüz döyüşlərdə heç bir nəticə əldə edə bilmir, əksinə daha çox canlı qüvvə, daha çox hərbi texnika, daha çox mövqelər itirir. Buna görə də, mina terroru ilə məşğuldur. Gizli şəkildə Azərbaycanın hüdudları daxilində minalar basdıraraq belə facilərə, insan itkilərinə səbəb olur".

Hazırda, Laçın yolunda ermənilərin törətdiyi ekoloji terrora qarşı keçrilən aksiya haqqında danışan A.Məmmədov bildirib ki, bu aksiyanın məqsədi Ermənistanın təkcə insanlığa deyil, təbiətə, ekologiyaya, təbii sərvətlərə qarşı fəaliyyətinə etiraz etməkdir: “Təəssüf ki, Rusiya sülhməramlı kontnigentinin məsuliyyət daşıdığı bölgədə Azərbaycanın təbii sərvətlərinə qarşı vəhşicəsinə qarşı talama həyata keçirilir. Bu da terrorun bir növüdür. Təbiətə qarşı terrordur”.

Millət vəkilinin sözlərinə görə bu gün guya Qarabağda yaşayan ermənilərin humanitar problemlərlə üzləşdiyini hayqıran bəzi beynəlxalq təşkilatlar Azərbaycanın üzləşdiyi mina terroruna susqun yanaşırlar: “Biz beynəlxalq təşkilatlardan və dövlətlərdən ədalətli münasibət gösləyirik. Azərbaycan dövləti Xankəndində yaşayan erməniləri öz vətəndaşları sayır və onların hər cür humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu, Laçın yolunun da humanitar məssədlər üçün açıq olduğunu bəyan edib”.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page