' KƏLBƏCƏRDƏN GƏLƏN QARI ' - Zəlimxan YAQUB



Ərişindən, arğacından, Sürüsündən, arxacından, Meşəsindən, ağacından ayrı düşən, Allı-güllü alçasından, Lilparından, dolçasından, Hanasından, xalçasından ayrı düşən, Barını yellər aparan, Baxtını sellər aparan, Qazancını-irəncini Fitnələr, fellər aparan, Canı üzgün, rəngi sarı – Kəlbəcərdən gələn qarı. Üzündə rüzgarın nəmi, Gözündə dünyanın qəmi, Kürəyində əsrin yükü, Ürəyində dərdin kökü, Çiynində evi, şələsi, Beynində topların səsi, Tökülən gözünün yaşı, Sökülən bağrının başı, Canında qışın sazağı, Saçında dağların qarı, Bir yuvanın uçan quşu – Kəlbəcərdən gələn qarı. Təzəsi, köhnəsi gedən, Çörəyi, təhnəsi gedən, Arxının suyu dağılan, Sökülüb dəhnəsi gedən, Bir zamanlar çox sevdiyi Dünyadan zəhləsi gedən, Pətəyindən ayrı düşüb, Səs-səmirsiz ölən an – Kəlbəcərdən gələn qarı. Dan atmamış yerdən durub, Günəşdən tez doğasıydı. Buzovunu əmizdirib İnəyini sağasıydı. Bişirməyin, düşürməyin Dilbiləni, anasıydı. Sərnici dolub-boşalıb, Nehrəsi çalxanasıydı. Ondan ötrü bülbüllərin Yuvasını hardan alım? Ondan ötrü Kəlbəcərin Havasını hardan alım? Bağbanına güllə dəymiş, Bir bağçanın solan barı – Kəlbəcərdən gələn qarı. Dağ-dağ olmuş dağımdımı, Talan olmuş binəmdimi? Zülüm çəkmiş başımdımı, Yaralanmış sinəmdimi? Oğlu ölmüş anadımı, Yurdu itmiş nənədimi? Birdən-birə dərəsi düz, Dağı dönüb aran olan, Eşqi sönən, çarxı dönən, Od-ocağı viran olan, Qapısına-bacasına, Məhləsinə qırğın düşən, Qaçaqaçda, qovhaqovda Tor-top olub yorğun düşən, Dərdin dostu, qəmin yarı – Kəlbəcərdən gələn qarı. Yanğın düşən bir meşədi, Boyun bükən bənövşədi. Qəlbi qara daşa dəyib Pul-pul olan bir şüşədi. Bəxti düyünə düşəndə Ağlamaq da bir peşədi. İlin, günün bu vaxtında Onu belə duran görsə, Şəmşir ağlar zarı-zarı Saz üstündə qan-yaş tökər Kəlbəcərdən gələn qarı. Ömrümüzdən ömür kəsən O qarının baxışı da, Baxışdakı buludu da, Buluddakı yağışı da, Onu yurda qaytarmağa Qeyrət gəzir, ağıl gəzir. Onu yurda qaytarmağa Bir xilaskar oğul gəzir. Onu yurda qaytarmasaq, O qarının baxışları Üzümüzə dəyən şillə! Başımıza enən qapaz, Gözümüzə dəyən güllə! Daha bəsdi durmağımız, Daha bəsdi yatmağımız. Daha bəsdi bu millətin Günahına batmağımız, Gəlin, bir az silkələnək! Gəlin, bir az heyrətlənək! Gəlin, bir az qeyrətlənək! Əlimizi yalın görüb, Tüpürməsin bizə, barı – Kəlbəcərə qayıdanda Öpsün bizim alnımızdan, Kəlbəcərdən gələn qan!!!  

Zəlimxan YAQUB

#Şeir

37 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev