"Kəlbəcərdən yadigar tək və son şeir"-Rəsul Murovdağlı



ƏLVİDA

Kəlbəcərdən yadigar tək və son şeir...

Gedirəm, bəlkə də, qayıtmadım heç,

Qarayla bəzənmiş, yazım, əlvida!

Barmaq oynatdığım pərdə, təzənə,

Mənim öz sirdaşım, sazım, əlvida!

İndidən qaçıbdı bax ağzımda tam,

Bilmirəm neyləyim yerimdə matam.

Qələmim, dəftərim, məktəbli çantam,

Küskün gündəliyim, yazım, əlvida!

Bu ana torpağa süzülən yaşım,

Qorxuram son ola itə yaddaşım.

Şenlik dediyimiz ay qara daşım,

Çiçəkli çəmənim, nazım, əlvida!

Yazıram qarşımda islanır varaq,

Sanki son günümdü, olmuşam qonaq.

A qeyrət simgəmiz, ay ana torpaq,

İsmətli gəlinim, qızım, əlvida!

Şirin bulağımız, sərin havamız,

Ağlama Dikyurdum, qeyrət qalamız.

Atamın zəhməti kasıb komamız,

Sizi axtaracaq gözüm, əlvida!

27.03.1993

KÖRPƏ ARZULARIM DÜŞÜB DUMANA

Evim gorum olub, dörd divar sıxır,

Dərdlərim qol açıb Kəlbəcər deyir.

Körpə arzularım düşüb dumana,

Gözümdən yol açıb Kəlbəcər deyir.

Xəyalım ürpənir dərin yuxuda,

Tapmır itirdiyi yerin yuxuda.

Balam da səksənir şirin yuxuda,

Hər gecə dil açıb Kəlbəcər deyir.

Əkdiyim bənövşə sözümə bənzər,

Vərəqlər üstündə düzümə bənzər,

Boynu bükük qalıb özümə bənzər,

Hər bahar gül açıb Kəlbəcər deyir.

Rəsulun könlündə qəm qurub dəyə,

Birtəhər yaşayır yurd deyə-deyə.

Yenə dilənçitək yalvarır göyə,

Allaha əl açıb Kəlbəcər deyir.

02.04.2013

KƏLBƏCƏR DEYİR Atam köçdü deyə-deyə, Anam da Kəlbəcər deyir.

Əzəli Kəlbəcər olan,

Sonunda Kəlbəcər deyir.

Ürəyində döyüntülər,

Qanında Kəlbəcər deyir.

Günahkarıq, günah sana,

Balamız da batıb qana.

Dil açanda ata, ana,

Qananda Kəlbəcər deyir.

Qəlb dağıdı ötən çağım,

Bar-bəhrəsi solan tağım.

Tüstülənən kor ocağım.

Yananda Kəlbəcər deyir.

Rəsulam, yaşayım niyə,

Sanc qəlbimə paslı tiyə.

Atam köçdü deyə-deyə,

Anam da Kəlbəcər deyir.

02.02.2017

ÇİYNİMİ DƏRDİMƏ DAYAQ VERMİŞƏM

Qara günlərimin əksini çəkib,

Sözümü könlümə çıraq vermişəm.

Şeytanın felinə uymayım deyə,

Ömrümə ağlımdan ayaq vermişəm.

Tapa bilməsəm də dünyanın çəmin,

Bir söz yazmamışam olmadan əmin.

Sazaqda ömrümü bozardan qəmin,

Rəngini saçıma boyaq vermişəm.

Rəsulam, şimşəklər çaxıb başıma,

Bulud qadasını yağıb başıma,

Dərdin ağırlığı çıxıb başıma,

Çiynimi dərdimə dayaq vermişəm. 15.07.2016 Digər şeirlərlə bu "link" də tanış ola bilərsiniz.

#şeir #Şair

18 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev