top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

KƏLBƏCƏRİN İŞĞALININ 26-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB


​"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin nəzdində fəaliyyət göstərən “Dədə Şəmşir Muzeyi”ndə Kəlbəcər rayonunun işğalının 26-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

Anım mərasimində kəlbəcərli ziyalılar, tələbə-gənclər və Kəlbəcər rayon məktəblərinin şagirdləri iştirak ediblər. Mərasimə toplaşanlar öncə torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızın xatirəsini sükutla yad ediblər. Anım mərasimini açan “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, uzun müddət mühasirə şəraitində yaşayan və düşmənə müqavimət göstərən Kəlbəcər rayonu təəssüflər olsun ki, 1993-cü ilin aprel ayının 2-də işğalıçı Ermənistan ordusu tərəfindən işğal edildi. Natiq bildirdi ki, işğal nəticəsində 500-dən artıq kəlbəcərli şəhid oldu, 300-dən artıq soydaşımız girov götürüldü, yüzlərlə Kəlbəcər sakini isə hadisələr zamanı yaralandı, şikəst oldu. O, qeyd etdi ki, strateji əhəmiyyət malik olan Kəlbəcərin işğalının əsas səbəblərindən biri də həmin dövrdə ölkəmizdə olan ictimai-siyasi vəziyyət, ölkəyə qeyri-peşəkarların rəhbərlik etməsi idi. Natiq xüsusi vurğuladı ki, əgər həmin dövrdə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdə olsaydı belə bir hadisə də baş verməyəcəkdi.

Kəlbəcərin işğalından ötən müddətdə yurddaşlarımızın məskunlaşmalarında, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət tədbirlərinin əhəmiyyətindən bəhs edən Həbib Misirov bildirdi ki, kəlbəcərlilər hər zaman ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olublar və bundan sonra da həmişə belə olacaqdır.

Daha sonra Kəlbəcər ictimaiyyətinin nümayəndələri, ziyalılar, o cümlədən professor Şahlar Əsgərov, şair Adil Cəmil, Diasporla İş üzrə Dövlət Komitəsində “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri Aqil Əsədov, şair Yusif Hüseyin, şair Adil Hamid, Texnika Elimlər namizədi Casarət Camalov və başqaları çıxış etdilər. Natiqlər bildirdilər ki, ölkə Prezidentinin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli bir dövlətə çevrilmişdir və bütün bunlar onu deməyə əsas verir ki, xalqımız öz torpaqlarını hansı yolla olur olsun işğaldan azad edəcəkdir. 2016-cı ilin aprel döyüşlərinin xalqımızda böyük ruh yüksəkliyi formalaşdırdığını qeyd edən natiqlər xüsusi vurğuladılar ki, əgər sülh danışıqları nəticə verməsə, hər bir kəlbəcərli Ali Baş Komandanın əmri ilə qələbə döyüşünə hazırdırlar.



Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page