Kəlbəcəri dünyaya tanıdan “İstisu”...



Azərbaycan Ordusu 27 sentyabrdan başlayaraq işğal olunmuş ərazilərin geri alınması uğrunda rəşadətli döyüş aparır. İşğal olunmuş ərazilərdə saysız-hesabsız sərvətlərimiz, tarixi, dini, mədəni abidələrimiz, bulaqlarımız var. Kəlbəcər rayonunda yerləşən “İstisu” bulağı bunlardan biridirdır.

“İstisu” Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarında, dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. “İstisu” mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Suyun tərkibi hipertermal, karbon qazlı, hidrokarbonat - xlorid - sulfat – natriumdan ibarətdir. Bulağın mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. “İstisu” bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Mövzu barədə Modern.az-a danışan Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədovbunları qeyd edib:

“Kəlbəcərin “İstisu”yu dünya səviyyəsində tanınmış mineral sudur. Çox xəstəliklərə dərman olur. Kimyəvi tərkibinə görə bəlkə də dünyada birinci yerdədi. Kəlbəcər rayonunda yerləşən “İstisu” on iki bulaqdan ibarətdir. Orada iki zavod, bir sanatoria fəaliyyət göstərirdi. İl ərzində “İstisu”ya 50 mindən çox insan istirahətə gedirdi. Təxmini hesablamalara görə, 1 sutkada 3000 kub su çıxardı. Amma o dövrdə həmin sudan sadəcə 10% istifadə olunurdu. Bildiyimiz kimi,  mənfur düşmənlər həmin suyu dünya bazarına öz brendləri kimi çıxarır və yüksək qiymətə satırdılar. İnşallah, işğaldan azad olunandan sonra lazımi səviyyədə müasir avadanlıqla, yeni zavod tikməklə oradan çıxan suyun hamısını istifadə edə bilsək, ölkəmizin iqtisadiyyatına güclü təsir edəcək”.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev