Kəlbəcərin beş min illik qayaüstü rəsmləri dünyaya tanıdılmalıdır


Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Kəlbəcər rayonu qayaüstü rəsmləri, tarixi abidələri ilə zəngindir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının üzvü, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə ömrünün 20 ildən çoxunu Kəlbəcərin Alagöl, Zalxagöl və Qaragölün sahillərində, həmçinin Pəriçınqılı, Ayıçınqılı, Lülpər sahələrində qayaüstü təsvirlərin aşkarlanmasına həsr edib. Azərbaycanın belə yüksək dağlıq zonasında 8000-ə yaxın qayaüstü rəsmləri üzə çıxaran alim mövzu və bədii dolğunluq baxımından Kəlbəcər təsvirlərinin tayı-bərabəri olmadığını deyir.



Onun sözlərinə görə, Kəlbəcərin qayaüstü təsvirlərində ailə-məişət, təsərrüfat işləri və yerli tayfaların səma cisimləri ilə bağlı dünyagörüşü əks olunub. Bu təsvirlərdən ən qədiminin tarixi e.ə. IV-III minilliyə təsadüf edir.

Arxeoloq alim Kəlbəcər rəsmlərini Qobustan qayaüstü təsvirləri ilə müqayisə edərək, abidələrin oxşar və fərqli xüsusiyyətlərini də diqqətə çatdırıb.

Alimin sözlərinə görə sözügedən qayaüstü təsvirlər yenidən tədqiq olunaraq ən qədim insan məskənlərindən biri olan Qobustanın “əkizi” kimi dünya səviyyəsində tanıdılmalıdır. Mənbə : www.science.gov.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.