Kəlbəcərin deputatı seçiciləri ilə görüşdü, problemləri dinlədi

123 saylı Kəlbəcər seçki dairəsindən seçilmiş deputat Aqil Məmmədov Buzovna qəsəbəsində yaşayan bir qrup Kəlbəcər sakinləri ilə görüş keçirib. Qarşılıqlı olaraq Kəlbəcər torpaqlarının azad edilməsi münasibəti ilə bir-birini təbrik edən deputat və sakinlər arasında səmimi söhbətlər keçib. Eyni zamanda sakinlər torpaqların azad olunması ilə əlaqədar ali baş komandan İlham Əliyev və müzəffər Azərbaycan ordusuna dair minnətdarlıqlarını da dilə gətiriblər. Öz növbəsində Aqil Məmmədov vətəndaşları Kəlbəcərdəki yenidən qurma, abadlaşdırma, ana torpaqlarına nə zaman və necə qayıtması barədə maraqlandıran suallara da aydınlıq gətirib. Bundan əlavə köçmə prosesinə qədər əhalinin həyat şəraitinin yaxşılaşdırılması haqqında da söhbətlər aparıb…