Kəlbəcərin sərt qışına, qar-borana məhəl qoymadan xəstə uşaqların yanına tələsərdi bizim Rüstəm dayı



Onu Kəlbəcərdə tanımayan yox idi. Hər kəs ona uşaqların dili ilə “Rüstəm dayı” deyə, çağırardılar...

Əsgərov Rüstəm Kərim oğlu, 1937-ci ildə Kəlbəcər rayonunun Şaplar kəndində anadan olmuşdu. Kəlbəcər şəhər orta məktəbini bitirdikdən sonra, Bakıya gələrək Tibb texnikomuna daxil olub,  1963-cü ildə texnikomu bitirdikdən sonra doğma Kəlbəcərə təyinat almışdı. Əvvəlcə, şəhər Mərkəzi xəstəxanada işə başlamışdı...

1969-cu ildə Kəlbəcərdə tələbat artdığından yeni xəstəxana tikildi və xəstə uşaqlar bu yeni xəstəxanaya köçürüldü. Rüstəm Əsgərov da uşaq həkimləri ilə birlikdə uşaq xəstəxanasında işləməyə başladı. O uşaqları çox sevirdi və onları dilə tutmağı, iynə vurmağa razı salmağı və iynədən qorxmamağı öyrətməyi daha yaxşı bacarırdı. Sanki  işini yaxşı bilən dahi bir pedaqoq idi. İynə vurmazdan əvvəl azyaşlı uşaqları bu prosesə psixoloji cəhətdən hazırlayardı, zaravat edə-edə, danışdırıb, güldürə-güldürə. Duzlu-məzəli nağıllar uydurardı. Uşaqların fikrini qatıb iynəni elə vurardı ki, ruhları belə inciməzdi. Hətta həkim yoldaşları belə deyərdi:-Rüstəmin əlləri qızıldır. Uşaqların damarı çox nazik olur, hətta bəzən tapmaq olmur. Amma Rüstəmin həssas barmaqları bir andaca gizlənmiş zərif damarı tapır və venaya iynəni elə ustalıqla vurur ki, həsəd aparırsan...

Uşaq xəstəxanasının baş həkimi Ələmdar Cəfərov Feldşer Rüstəmin bacarığını daima yüksək qiymətləndirirdi. Fəaliyyətinin ilk illərində tibb qardaşı işləyirdi. Tezliklə bacarığını nəzərə alıb onu baş tibb qardaşı təyin etdilər. 1974-cü ildə sosializm yarışının qalimi oldu və 25 iyun 1975-ci ildə SSRİ Ali Soveti, SSRİ Komsomol Gənclər Təşkilatı, SSRİ Nazirlər Soveti tərəfindən “1974-cü il Sosializm yarışı qalibi” döş nişanı ilə təltif edildi. Dövlət tərəfindən əməyinin qiymətləndirilməsi Rüstəm Əsgərovu daha da ruhlandırdı. O, dəfələrlə sosializm yarışının qalibi oldu...

1992-ci ilin qarlı-şaxtalı günləri Kəlbəcərin mühasirə həyatını daha da çətinləşdirmişdi. Uşaq xəstəxanasının istilik sistemi elektrikin, yanacağın çatışmamasından iflic olmuşdu. Xəstəxananın baş həkimi Ələmdar Cəfərov heç düşünmədən qəti qərar vermişdi... Yüngül xəstələri evlərinə göndərmişdi. Hər gün özü xəstələrə baş çəkəcək, vəziyyətlərini nəzarətdə saxlayacaqdı, baş feldşer Rüstəm isə evlərə gedib xəstə uşaqlara təyinatları üzrə iynələrini vurub, dərman qəbuluna nəzarət edəcəkdi...

Rüstəm Əsgərov baş həkimin qərarını alqışladı və hər gün şaxtaya məhəl qoymadan qalın qarı yara-yara evlərə yollandı...Körpə xəstələrə iynə vurmağa...Uşaqlar isə onun gəlişini intizarla gözləyirdilər...Söhbətlərini, şirin zarafatlarını eşitmək, əylənmək, xəstəliyə qalib gəlmək üçün...

Kəlbəcərin işğalından sonra Rüstəm Əsgərov Bakı şəhərində didərgin həyatını yaşamağa başladı...2002-ci ildə Kəlbəcər həsrətinə dözməyən Rüstəm Əsgərov əbədi olaraq didərgin həyatı ilə vidalaşdı. Ruhu şad olsun!

Mirvari Verdiyeva

ADPU-nun dosenti, fəlsəfə doktoru


23 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev