Kəlbəcərli şair ölkəmizi beynəlxalq tədbirdə təmsil edib


Özbəkistanda “Dünya şair yazıçı və rəssamlarının rezidensiyası” adlı beynəlxalq tədbirdə Azərbaycanı Elşən Əzim təmsil edib.

Martın 20-30 tarixlərində Özbəkistan Respublikasında dünyanın bir çox ölkələrindən olan şair, yazıçı və rəssamların bir araya gədiyi yaradıcı əməkdaşlıq tədbirləri düzənlənib.

Özbəkistanın tanınmış şair-tərcüməçisi Azam Obidovun təşəbbüsü ilə gerçəkləşən layihəyə ABŞ, Bolqariya, Türkiyə,Qırğızıstan, Hindistan və Azərbaycandan olan sənət adamları qatılıb.

Layihədə ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-publisist Elşən Əzim təmsil edib.

Özbəkistanda nəşr olunan “Kitab dünyası” qəzetinin dəvəti, Dünya Gənc Türk Yazarlar Birliyi və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə qardaş ölkəyə yollanan Elşən Əzim layihənin əhəmiyyətindən danışıb.


Onun sözlərinə görə iştirakçılar ÖzbəkistanınNamanqan, Səmərqənd, Xiva və Daşkəndvilayətlərinə səfər edərək yerli sənət adamlarının evlərində,təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, qəzet redaksiyalarında qonaq olublar, tarixi abidələri ziyarət ediblər.


Özbək xalqının yüksək qonaqpərvərliyi iştirakçılarda xoş duyğular yaradıb. Maraqlı şeir məclisləriylə, ədəbi-bədii müzakirələrlə sehrlənən görüşlərdə özbək yazarlarının bədii mətnləri müxtəlif dillərə tərcümə olunub. Elşən Əzim Özbəkistanla bağlı təəssürat dolu geniş bir yazı ilə mətbuatda çıxış edəcəyini də anons edib.


/kultur.az/

59 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev