Kəlbəcərli şairin müsahibəsi Serbiyanın nüfuzlu QƏZETİNDƏ



Serbiyanın nüfuzlu ədəbiyyat qəzetinin bayram nömrəsinin üz qabığında Kəlbəcərli şair Xəqani Həbiboğlunun müsahibəsi yer alıb.

Qeyd edək ki,bir müddət bundan əvvəl Serbiyanın Smederovo şəhərində keçirilən 49-cu “Semederovo Poeziya Payızı” beynəlxalq festivalında Azərbaycanlı şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xəqani Həbiboğlu (Verdiyev) “Smederevo Qızıl Açarı” mükafatına layiq görülüb. Onun şeirləri festivalın təşkilatçıları tərəfindən serb dilinə tərcümə edilərək “Görüş” adı ilə iki dildə (Azərbaycan və serb dillərində) nəşr etdirilib. Şairin şeirləri, həmçinin, serb dilində nəşr edilmiş poeziya almanaxında da yer alıb.


1970-ci ildə əsası qoyulan və hər il təşkil olunan bu nüfuzlu festival, bütün dünya ölkələrini təmsil edən şairlərin görüş yeri kimi də məşhurdur. Festivalın təşkilatçıları tərəfindən təsis edilmiş və ədəbiyyat sahəsində ən nüfuzlu mükafat kimi tanınan “Smederevo Qızıl Açarı”-na hər il bir nəfər şair layiq görülür. Nüfuzlu ədəbiyyatçılardan təşkil olunan münsiflər heyəti uzun və zəhmət tələb edən araşdırmalardan sonra festivala təqdim edilmiş çoxsaylı namizədlər arasından gizli səsvermə yolu ilə qalibi müəyyən edirlər. İndiyə qədər qalib olmuş şairlər arasında Avstriya, Fransa, İspaniya, Çin, Yunanıstan, Rusiya, Almaniya, Norveç, Zimbabve, Argentina və digər ölkələrinin sevilib seçilən şairləri yer alır.

Kalbajar.com olaraq şairimizə yaradıcılıq uğurları arzulayırıq.


15 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev