Kəlbəcərli aztəminatlı seçicilərə və şəhid ailələrinə bayram sovqatı çatdırılıb


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Cavid Qurbanovun tapşırığına əsasən Novruz bayramı münasibətilə bir qrup aztəminatlı kəlbəcərli seçici və şəhid ailələri ilə onların müvəqqəti məskunlaşdıqları yaşayış yerlərində görüş keçirilib. 300-dən artıq aztəminatlı kəlbəcərli seçici və şəhid ailəsini ziyarət edən Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, ölkə başçısının tapşırığına əsasən dövlətin ali struktur rəhbərləri, eyni zamanda Milli Məclisin deputatları mütəmadi olaraq, xüsusilə də əlamətdar günlərdə, milli bayramlarımızda qaçqın və məcburi köçkünləri, şəhid ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, problemlərinin həlli ilə məşğul olurlar. Aztəminatlı ailələrin və şəhid ailələrinin nümayəndələri dövlət başçısının bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər gördüyünü xüsusi vurğulayıblar. Onlar qeyd ediblər ki, ölkə başçısının fevral ayının 26-da "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" Sərəncamı onların rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biridir.



Eyni zamanda ölkə başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanını yüksək qiymətləndirilən şəhid ailələrinin üzvləri onlara verilən birdəfəlik ödəməyə görə də ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Kəlbəcərli şəhid Vəkil Alxanovun 83 yaşlı anası Nazpəri Alxanov, şəhid Mahir Cəfərovun həyat yoldaşı Sürəyya Cəfərova, şəhid Novruz Həsənovun həyat yoldaşı Məhbub Həsənova, aztəminatlı seçicilərdən Müseyib Nəsibov, Adilə Nəbiyeva, tənha qadın Məryəm Gülabıyev, himayəsində 2 azyaşlı olan Ülkər Hümbətova, I qrup əlil Şəfəq Nağıyeva və başqaları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eyni zamanda Kəlbəcər rayonundan deputat seçilmiş Cavid Qurbanova minnətdarlıq ediblər.



Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərli seçicilər eyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər və gələcək Novruz bayramlarını öz yurd-yuvalarında qarşılayacaqlar. Görüşlərdə hər bir aztəminatlı seçici və şəhid ailəsinin problemləri və istəkləri diqqətlə dinlənilib, onlara millət vəkili Cavid Qurbanovun adından bayram sovqatları təqdim olunub.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev