Kəlbəcərli gənc - Çin Xalq Respublikasının Ticarət və Kommersiya Nazirliyi tərəfindən təşkil edilən
20:05 | 11.10.2018

“Azərbaycann Dəmir Yolları” QSC-nin Tarif siyasəti və marketinq idarəsinin mütəxəssisi Fərəcov Eldar Nizami oğlu Çin Xalq Respublikasının Ticarət və Kommersiya Nazirliyi tərəfindən təşkil edilən “İnkişaf edən ölkələr üçün Şəhər Tranzit Dəmiryolunun tətbiqi” mövzusunda seminarda iştirak etmək məqsədilə 21 iyun – 11 iyul tarixlərində Çin Xalq Respublikasının Çanşa şəhərində ezamiyyətdə olmuşdur. Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfindən təşkil edilən bu seminar proqramı, Çin dəmir yollarının inkişaf tarixi, Çində şəhər ətrafı dəmir yollarının mövcud vəziyyəti, dəmir yolu vasitələrinin tətbiqi, saxlanılması və yeni dəmir yolu avadanlıqlarının tətbiqi kimi mövzuları əhatə etmişdir. Fərəcov Eldar Nizami oğlu Çində olduğu müddətdə aşağıdakı təlimlərdə iştirak etmişdir: * Changsha-Zhuzhou-Xiangtan şəhərlərarası dəmir yolunun tikinti təcrübəsi; * Changsha Metrosu və Changsha Hava Limanı arasında fəaliyyət göstərən Maglev dəmir yolu xətlərində əməliyyat idarəetmə sistemləri; * Dəmir yolunda rabitə sisteminin tədbiqi; * Enerji təchizatı avadanlıqları; * Yeni məhsul olan relssiz və sürücüsüz çalışan Trackless Smart Train's ART Technology; * Metro mühərrik sisteminin istehsal texnologiyası; * Yüksək sürətli dəmir yolu texnologiyası; * Dizel lokomotivinin tətbiqi texnologiyası; * İzləmə və şəbəkə nəzarətinin qabaqcıl texnologiyası; Səfər çərçivəsində Zhuzhou CRRC Sənaye Parkı ilə yerində tanışlıq olmuş və zavodda istehsal prosesi izlənilmişdir. Daha sonra həmin Sənaye Parkında yüksək sürətli dəmir yolu simulyasiya laboratoriyasında və test stansiyasında səfərdə olmuşlar. Çin tərəfinin dəmir yollarının infrastrukturu ilə daha ətraflı tanış olmaqları üçün Şinci əyalətinin Qingdao şəhərində, Şanxi əyalətinin Xi an və Bao Ji şəhərində, Zhuzhou şəhərində yerləşən "Zhuzhou" elektrik lokomotivi zavodunda seminarlarda iştirak etmişdir. Seminarın sonunda iştirakçı dövlətlərin nümayəndələri öz ölkələrində həyata keçirilən layihələr haqqında yazılı məlumatları təqdim ediblər. Çin tərəfi Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. İstehsal prosesində iştirak etdiyi CRRC şirkəti, dəmir yolu komponenti olan dizel mühərriki, motor, lokomotiv, vaqon istehsalı ilə qlobal bazara xidmət edir. Qeyd olunan komponentlərin geniş çeşidini layihələndirərək bizə uyğun şəkildə istehsal etməyə hazır olduqlarını vurğulamış və bizə keyfiyyətli, münasib qiymətə və sürətli təmir işlərini aparmağa yardımçı olacaqlarını bildirmişlər. Hazırda bu şirkətin məhsulları ABŞ, Kanada, Misir, İsveçrə və Rusiya kimi ölkələrə ixrac olunur. Çin tərəfi ilə aşağıdakı istehsal sahələri üzrə əməkdaşlığı məqsədəuyğun hesab edirik: * Lokomotiv mühərriklərinin istehsalı və təmiri; * Elektrikli lokomotiv üçün şəbəkə monitorinq sistemi: lokomotiv üçün güc tənzimləyici panel, şəbəkə nəzarət məhsulları, izləmə və nəzarət inteqrasiya məhsulları, sərnişin ilə əlaqəli informasiya texnologiyası; * Əyləc avadanlıqları; * Elektrik lokomotivləri, dizel lokomotivləri, dəmir yolu maşınları, vaqonlar, yüksək sürətli qatarlar, elektrikli və dizel qatarları; * Tramvay və yüngül dəmir yolu nəqliyyatı vasitələri, kömür, filiz, polad və ağac məhsullarının daşınması üçün üstü açıq vaqonlar; taxıl və gübrə üçün vaqonlar; ikiqat göyərtəli konteynerlər, hər növ maye və kimyəvi maddələr üçün tank konteynerləri və s.