top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcərli girovlar daha bir il Şuşa türməsində qaldı

Ekspert: “Rusiya bu məsələdə özünün vasitəçilik rolunu qabardır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi-sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə azərbaycanlı və erməni əsirlərin dəyişdirilməsi məsələsi barədə danışıb. O deyib ki, əsirlərin dəyişdirilməsi məsələsi hər zaman danışıqların gündəmindədir. Zaxarovanın sözlərinə görə, digər həbsdə saxlanılanlarla bağlı iş gedir: “Əgər bu barədə razılıq əldə olunsa, biz sözsüz ki, bunu dəstəkləyəcəyik”.

Rusiya XİN rəsmisinin bu bəyanatından belə nəticəyə gəlmək olarmı ki, Rusiya girovlar məsələsinin də həllini münaqişə tərəflərinin üzərinə atır? Belə olduğu halda, Ermənistanın müsbət davranması ehtimalı bir qədər də azalırmı?

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd ŞahidovYeni Müsavat”a bildirdi ki, əksinə, Rusiya bu məsələdə özünün vasitəçilik rolunu qabardır və müsbət nəticənin yalnız Moskvadan asılı olduğuna eyham vurur. Mariya Zaxarovanın açıqlaması əslində çox mühümdür: “Ümumiyyətlə, bu məsələdə rəsmi Moskvanın ata biləcəyi addımlar, rolu çox əhəmiyyətlidir. Ona görə də Moskvadan gələn istənilən açıqlama, təşəbbüs yüksək qiymətləndirilməlidir. Çünki hazırda Azərbaycan və Ermənistan tərəfləri arasında birbaşa dialoq, ümumiyyətlə, yoxdur. Əsir və girovlar məsələsində də hər zaman vasitəçilərə xüsusi önəm verilməlidir.

Bu məsələdə vasitəçilərin də kimliyi həlledici dərəcədə rola malikdir. Bu prosesdə ən optimal, ən həlledici vasitəçi rolunda Rusiya çıxış edə bilər. Həm region ölkələrinə, həm regionda nüfuz dairəsinin genişliyinə görə Moskvanın vasitəçiliyi önəmlidir, həm Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi statusa malikdir, həm də Ermənistana təsir rıçaqları daha çoxdur. Düşünürəm ki, Rusiyanın ata biləcəyi addımlar çoxdur. Əgər Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü növbəti dəfə əsir və girovların məsələsini gündəmə gətiribsə, deməli, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında danışıqların nəticəsi ola bilər. Rusiyanın bu məsələdə növbəti dəfə açıqlama verməsi, əsir və girovların dəyişdirilməsinin mümkünlüyü barədə fikrilər söyləməsi Azərbaycan və Ermənistan arasında bu məsələ ilə bağlı danışıqlar getdiyini bir daha göstərir. Mən inanıram ki, Rusiya bir qədər də səy göstərsə, əsir və girovlar məsələsinin tezliklə müsbət həllini reallaşdıra bilər". Onu da qeyd edək ki, iddialara görə, Azərbaycandakı erməni əsirlər ölkələrinə geri qayıtmağa qorxurlar. Problemin həll olunmamasında bu amil də rol oynaya bilərmi? Hüquq müdafiəçisi bildirdi ki, erməni əsirlərin öz ölkələrinə qayıtmaq istəmədiyi barədə iddialar müəyyən mənada həqiqətə uyğun deyil: “Hazırda erməni əsir Karen Kazaryan bilirsiniz ki, Ermənistanda istənilən və gözlənilən şəxsdir. Dəfələrlə onun ailə üzvləri, qohumları Tavuş vilayətinin Berdavan kəndində aksiyalar keçiriblər, yolu bağlayıblar, Ermənistan hökumətindən Karenin dəyişdirilməsini tələb ediblər. Ermənistanın baş naziri Nikol Paşinyan da Karen Kazaryanın qaytarılması istiqamətində addımlar atıldığını dəfələrlə bəyan edib. Bu məsələdə bircə Arsen Baqdasaryan var ki, o, zaman-zaman Azərbaycan televiziyalarında çıxış edib və işğalçı Ermənistanın siyasətini tənqid eləyib. Ola bilsin Arsen Baqdasaryan bu baxımdan ölkəsinə qayıtmaqdan çəkinir və üçüncü ölkəyə getmək istəyir. Amma qeyd etdiyim kimi, digər erməni əsirlər öz ölkələrinə qayıtmaq istəyirlər. Ermənistan tərəfi də onların qayıtmasını istəyir. Sadəcə, İrəvan həmin erməni əsirlərin Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə hələ ki razı deyil. Amma düşünürəm ki, Rusiyanın vastəçilik mövqeyi bir qədər də güclənsə, bu dəyişdirilmə prosesi nəhayət ki, baş tuta biləcək”. Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda yaxınlarının məzarını ziyarət etmək üçün Ermənistanın işğalı altında olan Kəlbəcər rayonuna gediblər. İşğalçı Ermənistan ordusunun əsgərləri onları ələ keçirib. Dağlıq Qarabağda onlara qondarma məhkəmə qurulub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 20 il azadlıqdan məhrum edilib. 5 il yarımdır hər iki mülki azərbaycanlı Şuşa türməsində girov saxlanılır. Azərbaycan tərəfində isə hazırda iki erməni diversant (Arsen Baqdasaryan, Karen Kazaryan), bir erməni əsgər Kazaryan Aro Xaykoviç saxlanılır. Etibar SEYİDAĞA, “Yeni Müsavat

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page