top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

KƏLBƏCƏRLİLƏR ÖLKƏ BAŞÇISININ FƏRMAN VƏ SƏRƏNCAMLARINI RƏĞBƏTLƏ QARŞILAYIBLAR


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Cavid Qurbanovun tapşırığına əsasən bir qrup kəlbəcərli seçici ilə görüş keçirilib.

Millət vəkilinin adından seçiciləri salamlayan, Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, ölkə başçısının tapşırığına əsasən dövlətin ali struktur rəhbərləri, eyni zamanda Milli Məclisin deputatları mütəmadi olaraq qaçqın və məcburi köçkünlərin qayğıları ilə maraqlanır, onların problemlərinin həlli ilə məşğul olurlar.

Həbib Misirov seçicilərin nəzərinə çatdırıb ki, dövlət başçısı və ölkənin Birinci vitse-prezidenti mütəmadi olaraq bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görürlər.



O, 2019-cu ilin əvvəlindən ölkədə aparılan islahatları inqilabi dəyişikliklər adlandırıb və bildirib ki, əhalinin bütün təbəqələri kimi, qaçqın və məcburi köçkünlər də ölkə Prezidentinin son günlər imzaladığı sosial yönümlü fərman və sərəncamları rəğbətlə qarşılayıblar.

Görüşdə iştirak edən kəlbəcərli seçicilər ölkə rəhbərliyinin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Xüsusi vurğulanıb ki, ölkə başçısının fevral ayının 26-da "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" Sərəncamı onların rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biridir. Eyni zamanda onlar son günlər tələbələrin, magistrantların və doktorantların təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərmanın verilməsini yüksək dəyərləndiriblər. Qeyd olunub ki, onlar bu müsbət dəyişikliklərin hər birini öz ailələrində, həyatlarında hiss edirlər və bütün bunlara görə bir daha ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz hörmət və ehtiramlarını ifadə edirlər.

Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərli seçiciliər eyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər



Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page