Kəlbəcərli müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Əslən Kəlbəcər rayon Sınıqkilsə ( indi Hacıkend) kəndindən olan 9 nömrəli tam orta məktəbin biologiya müəllimi Quliyev Elşən Əyyub oğlu diaqnostik qiymətləndirilmədə bütün suallara düzgün cavab yazaraq, maksimum nəticə göstərib. O, 60 bal toplamaqla respublika üzrə rekord nəticə göstərən bir neçə müəllim sırasına daxil olub.

Aprelin 16-dan 21-dək Bərdə Olimpiya İdman Kompleksində Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Buradakı imtahalarda 10 min nəfərdən çox müəllim iştirak edib. www.kalbajar.com