Kəlbəcərli seçicilər respublika üzrə 34 rayonda səs verdilər-FOTOLAR
Kəlbəcərli seçicilər respublika üzrə 34 rayonda səs verdilər.
123 saylı Kəlbəcər seçki dairəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Kəlbəcərdən olan 50 min 454 nəfər seçici respublikanın 34 rayonunda yaradılmış 64 seçki məntəqəsində səs verir.

Seçicilərdən 16 nəfərinin yaşı 100-dən yuxarı, 1630 nəfəri isə 80-100 yaş arasında olanlardır. Həmçinin 1569 nəfər gənc ilk dəfə olaraq prezident seçkilərində iştirak edir. Hazırda seçki prosesini 650-yə yaxın yerli və xarici müşahidəçi izləyir. Seçki prosesi başlayandan xarici müşahidəçilər 5 məntəqədə müşahidə aparıblar.
Qeyd edilib ki, Kəlbəcər sakinlərinin yığcam yaşadığı rayonlarda, xüsusən Gəncə şəhərində seçicilərin səhər saatlarından başlayan aktivliyi günorta saatlarında da davam edir.