Kəlbəcərli seçicilərlə Novruzqabağı növbəti görüş keçirildi - FOTOLAR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Cavid Qurbanovun tapşırığına əsasən Novruz bayramı ərəfəsində bir qrup aztəminatlı kəlbəcərli seçici ilə görüş keçirilib.
Millət vəkilinin adından seçiciləri salamlayan,Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, ölkə başçısının tapşırığına əsasən dövlətin ali struktur rəhbərləri, eyni zamanda Milli Məclisin deputatları mütəmadi olaraq qaçqın və məcburi köçkünlərin qayğıları ilə maraqlanır, onların problemlərinin həlli ilə məşğul olurlar.
Həbib Misirov seçicilərin nəzərinə çatdırıb ki, dövlət başçısı və ölkənin Birinci vitse-prezidenti mütəmadi olaraq bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görürlər.
Millət vəkilinin nümayəndəsi görüşdə iştirak edən aztəminatlı ailələrdən olan seçicilərin problemlərini ayrı-ayrılıqda dinləmiş, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirmişdir. Müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub. Bildirilmişdir ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcəkdir. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınmışdır. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilmişdir. Qəbulda 67 nəfər seçici iştirak edib.
Görüşdə iştirak edən kəlbəcərli seçicilər ölkə rəhbərliyinin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərli seçiciliər eyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər.