Kəlbəcərli topçunun ''gözləyən'' topları


Təxminən 3-4 il əvvəl Azərbaycanın ən yüksək nöqələrindən birində yerləşən postda əsgərlərlə görüşə getmişdik. Həqiqətən də, keçilməz dağlardakı daşlı cığırlarla 2 saatdan çox hərbi maşınlarla yol gedəndən sonra posta çatdıq. Buranın bir özəlliyi var idi. Dağlar arasında yerləşən postla üzbəüz Kəlbəcər rayonunun ərazisi idi. İki uca sıldırımlı qayaları olan dağları eni 300-400 metr olan yarğan ayırırdı.

İşğal altında olan Vətən torpağının qoxusunu doyunca içimə çəkib nəfəs aldım. Bir anlıq qarşı tərəfdə bizi 25 ildir gözləyən bir torpağın həsrəti və mənim hicran dolu baxışlarımın apardığı xəyallardan ayrılmağıma səbəb  “hər gün mən də dayanıb baxıram” sözləri ayırdı. 4-6 metr aralıda əynində hərbi forma, təxminən 40-45 yaşında bir hərbçi dayanmışdı. Üzündən mərdlik, cəsarət və mübarizə əzmi duyulan kişi mənə yaxınlaşdı.

“Baxdığın yerlər mənim doğulduğum torpaqlardır. Hər daşında, qarışında xatirələrim olan Vətənimdir. Hər gün burda durub həsrətlə baxıram. 20 ildir baxıram… ”

Onun gözlərindəki parıltıda qələbə əzmini duydum. O qədər cəsarətli danışırdı ki, bir anlıq içimdən “bu insan bəsdir mənə, elə bununla Qarabağa gedə bilərəm” dedim.

O isə sözlərinə davam edirdi. “Bax, o təpələrin üstündəki topları görürsən. Onları mən qurmuşam. Gözləyirəm. Bircə əmr gəlsə, 1 saata Vətəndə olaraq. O topların hamısı qarşıdakı mövqeləri bir göz qırpımında dağıdacaq. Ardı isə heç… Mən o cığırları gözüyumulu keçərəm. Hamısını bilirəm. Çox adam lazım deyil. Bircə batalyon lazımdır ki, Kəlbəcərə girim. Amma…”

O, susdu. Gözündə iki damla yaş parıldadı. Bir anlıq dönüb təpənin üstündəki toplara baxdı və getdi.

P.S. Ətrafa bir səssizlik çökdü sanki. Amma bir anlıq qulağıma top səsinin gurultusu gəldi. Sanki 20 ildir gözləyən toplar artıq öz komandirlərinin bu sözlərindən sonra susmaq istəmirdi. Atəş açırdı…

“Vaxtdır, qayıdırıq” sözləri məni bu xəyallardan da ayırdı. Yenə ətrafa səssizlik çökdü. Gedəndə dönüb illərdir gözləyən toplara baxdım. “İnşallah, darıxmayın, yaxında arzunuza çatar, bizi də çatdırarsınız” deyə pıçıldadım…

Orxan Əli

Mübarizim.az


Açar sözlər : #Kəlbəcər #KəlbəcərHəsrəti

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev