Kəlbəcərli veteranlar daim ordumuzun yanında olublar
Azərbaycanzərbaycanzərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyevin verdiyi məlumata görə rayon veteranları 44 günlük Vətən müharibəsi getdiyi günlərdə daim ordumuzla və səngərdəki əsgərlərimizlə birgə olublar. Öz maddi və mənəvi dəstəklərii əsirgəməyiblər.

44 günlük müharibədə ordumuza maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Kəlbəcər rayon şöbəsi müharibədən öncə və elə bu gün də ordumuza öz dəstəyini davam etdirir.
Ramiz Əliyev qeyd edib ki, orduya dəstək hər bir vətəndaşın borcudur, bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi təqdirəlayiqdir. Çünki qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Onların qəhrəmanlığı, şəhidlik zirvəsinə ucalması Azərbaycan Ordusunun əsgərləri, gənclərimiz, bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün böyük örnəkdir.
AVMVİB Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev qeyd etdi ki, ordumuzun zəfər yürüşüylə ermənilərin uydurduğu miflərə son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məğlub etdi. Ermənilərin uzun illər yaratdıqları miflər darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ona görə də Kəlbəcər rayonu veteranları daim ordumuzun yanında olmağı qərarlaşdırıblar.