"Kəlbəcərlilər İlham Əliyevin qələbəsin qeyd edir" adlı tədbirdən- FOTOLAR
"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Kəlbəcərlilər İlham Əliyevin qələbəsin qeyd edir" adlı növbəti tədbir keçirilib.

Tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq,iştirakçıları İctimai Birliyin sədri Qənbər Qurbanovun adından salamlayıb. Həbib Misirov bildirib ki, aprel ayının 11-də keçirilmiş Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qazandığı inamlı qələbə ölkəmizdəki xalq-iqtidar birliyinin bariz nümunəsidir. O, ölkə vətəndaşlarının seçkilərdə yüksək fəallıqla iştirak etdiyini, seçkilərin şəffaf və ədalətli keçirildiyini, hər bir namizədə bərabər imkanların yaradıldığını qeyd edib. Seçkiləri müşahidə edən yerli və xarici müşahidəçilərin mütləq əksəriyyətinin prosesə düzgün qiymət verdiyini vurğulayan natiq bildirdi ki, təəssüf ki, bəzi müşahidəçilər məqsədyönlü şəkildə öz qərəzli münasibətlərini ifadə etdilər. Əlbəttə ki, bu, qərəzli və reallıqdan uzaq münasibət idi.


Həbib Misirov bildirdi ki, kəlbəcərli seçicilər də bütün Azərbaycan vətəndaşları kimi seçkilərdə aktiv iştirak etdilər və doğru seçim edərək sablitliyə, inkişafa və tərəqqiyə səs verdilər: “Ulu Öndərin siyasi kursu bu gün ölkədə uğurla davam etdirilir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm addımlar atır. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri üçün də Gəncə, Yevlax, Qəbələ, Bərdə, Tərtər və digər bölgələrdə müasir qəsəbələr salınıb”. Natiq xüsusi vurğuladı ki, dövlət başçısı ilə yanaşı,Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da qaçqın və məcbiri köçkünlərin problemlərinə həssaslıqla yanaşır, onların sosial rifahının yaxşılaşdırılması üçün mühüm işlər görür. Tədbirdə çıxış edən digər natiqlər, Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil, Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı, yazıçı-publisist Məhəmməd Nərimanoğlu, Kəlbəcərli gənc fəal və başqaları əminliklərini ifadə etdilər ki, ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti yeddi ildə daha da inkişaf edəcək, Azərbaycan daha böyük uğurlara imza atacaqdır. Sonda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin layihələr şöbəsinin müdri, 23 saylı Kəlbəcər rayon orta məktəbinin direktoru Həqiqət xanım Şükürova el ağsaqqalı Qənbər Qurbanovun Kəlbəcər rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciəti oxudu.




