Kəlbəcərlilər Kəlbəcər rayonunun işğaldan azad edilməsi xəbərini bayram kimi qeyd ediblər.



Gəncə şəhərində yaşayan kəlbəcərli məcburi köçkünlər Kəlbəcər rayonunun işğaldan azad edilməsi xəbərini bayram kimi qeyd ediblər.

Tədbirdə iştirak edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xalqa müraciətindən sonra Gəncə şəhəri yerləşən 1500 ailəlik yeni qəsəbədə və ətrafda yaşayan kəlbəcərli məcburi köçkünlər Mədəniyyət sarayının qarşısına əllərində Azərbaycan bayrağı və “Qarabağ”, “Qarabağ Azərbaycandır”, “Kəlbəcər Qarabağdır”, “Yaşasın Ali Baş Komandan!”, “Biz Kəlbəcərə qayıdırıq”, "Yaşasın Azərbaycan Ordusu" müxtəlif şüarlar tutaraq bir-birini təbrik edib, doğma yurdlarının, el-obalarının işğaldan azad olmasını bayram ediblər. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıblar.





kelbecer-ih.gov.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.