Kəlbəcərlilər profilaktik tibbi muayinədən keçirilir.

Updated: Feb 12


Əhalinin sağlamlığının qorunması Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin prioritet məsələlərindən biridir.Səhiyyəyə ayrılan büdcə vəsaitinin son 5 ildə iki dəfədən çox artırılması, bir sıra dövlət programlarının qəbul edilməsi səhiyyə müəssisələrində çox saylı tikinti işlərinin aparılması , onların yüksək səviyyədə təchizatının həyata keçirilməsinə zəmin yaratmışdır.


Cənab Prezidentin əhalinin profilaktik tibbi müayinədən keçirilməsinin təşkili ilə bağlı verdiyi tapşırığın icrası ilə əlaqədar Kəlbəcər Rayon İcra Hakimiyyətində operativ tədbirlər planı hazırlanıb və həyata keçirilməsinə başlanılıb. Rayon rəhbərliyi yanında idarə, təşkilat , səhiyyə müəssisə rəhbərləiyi və rayon fəallarının iştirakı ilə müşavirə keçirilib. Bundan sonra rayon Mərkəzi Xəstəxanasında da xəstəxana rəhbərliyi tərəfindən tibbi avadanlıqların işlək vəziyyətdə olması , tibbi heyətin müayinəyə hazırlığı barədə vəziyyət də nəzərdən keçirilmiş, hər bir tibb işçisinə tapşırıq verilmişdir. Hər iki müşavirədən sonra tədbirlər planının və verilən tapşıqıların icrası istiqamətində işlərə başlamışdır.

Cənab prezidentin tapşırığına əsasən əhalinin profilaktik tibbi müayinədən keçirilməsi prosesinə start verilən xəstəxananın kollektivi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün səylə çalışır. Müraciət edən böyüklərə və kiçik yaşlı uşaqlara terapevt, pediatr, cərrah, stomatoloq, nevropatoloq, dermatoveneroloq, kardioloq baxışı keçirilib, qanın ümumi analizi və digər laborator müayinələr EKQ ultrasəs müayinələr aparalır.

Məlum səbəbdən 74964 nəfər Kəlbəcər əhalisi məcburi köçkün kimi Respublikamızın 56 rayonunda məskunlaşmışdır. Bunlardan 22489 nəfər 18 yaşa qədər , 52475 nəfər 18 yaşdan yuxarı olan əhali sayıdır.

Tədbir çərçivəsində Gəncə Şəhəri və ətraf rayonlarda ( Göygöl, Daşkəsən, Şəmkir, Samux, Goranboy) yaşayan 28900 nəfər kəlbəcərlilərin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Baş həkim tərəfindən digər rayonların səhiyyə idarələri ilə əlaqə saxlanılmış, orada məskunlaşmış kəlbəcərlilərin müayinəsini yüksək səviyyədə təşkil olunmasına nəzarət olunmuşdur.

Ucqar kəndlərdə və kəlbəcərlilərin kompakt yaşadığı qəsəbələrdə müayinəsini həyata keçirmək üçün terapevt , pediatr, cərrah, stomotoloq, təcili yardım həkimi və tibb bacılarından ibarət həkim briqadalarının yaradılması əmri verilmişdir.Bu briqadaların tərkibinə baş həkimin müavini Y.Nəcəfov, A.Nəcəfov, İ.Səfərova, A.Rzayeva, S.Alışova, N.Həsənov, İ.Mirzəyev, M.Şirinov, N.Şəfiyev, A.Babeyeva, orta tibb işçilərindən S.Şükürova, E.Alıyeva, H.Cəbrayılov N.Mamedov daxil edilmişdir.

Müayinələr terapevt, pediatr, stomatoloq, cərrah, tibb bacıları, ginekoloqdan ibarət həkim briqadaları tərəfindən Göygölün “Murovdağ” qəsəbəsində, Şəmkirin Texniki peşə məktəbində, Samuxun Qarayeri və Kolayır qəsəbələrində,

Goranboyun Yeni qəsəbə və Veyisli qəsəbələrində , Goranboyun Qaraçinar, Mehmanlı, Qaxtut kəndlərində , Gəncə şəhəri Gülüstan qəsəbəsi və yeni yaşayış massivində, Mingəçevir şəhərində yeni salınmış qəsəbədə aparılmışdırRespublika miqyaslı bu səhiyyə tədbirləri Aztv, İctimai TV, Kəpəz TV-də xəbərlər proqramında “Rüzgar” qəzetində , Kəlbəcər harayı qəzetində geniş işıqlandırılmışdır. Bu tədbirlər nəticəsində respublika üzrə 74964 nəfərdən 49926 nəfər (66.59%), Kəlbəcər RMX-sı üzrə 28900 nəfərdən 18474 nəfər (63.92 %) tibbi müayinədən keçmişdir. Rayon Mərkəzi xəstəxanası üzrə 18 yaşdan yuxarı 12932 nəfər , 18 yaşdan aşağı 5542 nəfər olmuşdur. Bunlardan 9292 nəfər qadınlar, 9182 nəfər kişilər təşkil etmişdir.

Müxtəlif xəstəliklərin aşkar olduğu 79 nəfər xəstəxana şəraitində stasionar müalicəyə cəlb olunmuş, 236 nəfərə ambulator müalicə təyin olunmuş, 48 nəfərə Bakı şəhərində müalicə olunmaq üçün göndəriş verilmişdir. Müayinə olunan vətəndaşlarımızın arasında “xroniki bronxit, kəskin qastrit, hipertoniya xəstəliyi, şəkərli diabet, helmintoz, ensefalopatiya, revmatizm, dişlərin kariyesi”diaqnozları üstünlük təşkil etmişdir.

Kəlbəcər rayon icra Hakimiyyəti tərəfindən “Uşaqların icbari dispanzerizasiyası haqqında” azərbaycan Respublikası Nazirlər Kabineti 23 aprel 2014-cü il tarixli 109 nömrəli qərarının icrası ilə bağlı tapşırıq verilməsi ilə əlaqədar olaraq 2016-2017-ci il ərzində Gəncə və ətraf rayonlarda məskunlaşmış uşaqların icbari dispanzerizasiyası davam etdirilmişdir. Bu müddət ərzində cəmi 4493 uşaq dispanzerizasiyaya cəlb olunmuşdur. Onlardan 329 uşaqda xəstəlik aşkar olunmuşdur.


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev