Kəlbəcərsiz 25 il: “Oranın insanları sözlərinə çox sadiq idilər” - MÜSAHİBƏ


Bir neçə gündən sonra Kəlbəcərin işğalının 25 ili tamam olacaq. Necə deyərlər, bir igidin ömründən də uzun olan bu tarixi məsafə bizi Kəlbəcərdən ayırır.

“25 yaşlı kəlıbəcərliyəm” deyən var ki, Kəlbəcər üzü görməyib. Tükündən dırnağınadək Kəlbəcərə bağlı bir nəsil isə artıq bu dünyadan nisgillə köçünü sürüb gedib.


Foto : Bahadur Sadıqov

Kəlbəcər!!!

Bu dəfə səndən əslən kəlbəcərli deyil, ancaq az qala kəlbəcərlilərdən də çox kəlbəcərli olan ulu Borçalıda doğulmuş Əziz Qaralov danışacaq.

Əslində müsahibimizi Azərbaycanda tanımayan yoxdur. Əziz Qaralovu deyirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidməti, geoloji planalma ekspedisiyasının rəisini.

O, orta məktəbi Borçalıda bitirib. Uşaqlıq çağları da Borçalıda keçib. 1977-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirib, təyinatla bu gün çalışdığı müəssisədə kiçik texnik vəzifəsindən başlayaraq, rəisliyədək yüksəlib.

Gənclik dövrünü, təxminən 20 ilə yaxın ömrünü peşəkar çöl işlərində müxtəlif vəzifələrdə keçirib. Yeddi ilə yaxın müddətdə Kəlbəcərdə çalışıb. İndi bildinizmi onu Kəlbəcərə bağlayan nədir... Yəqin ki Əziz müəllimlə müsahibə də maraqlı olar...


- Əziz müəllim, bir neçə gündən sonra Kəlbəcərin işğalının 25 ili tamam olur. Uzun müddət Kəlbəcərdə çalışan, oranı bütünlüklə sevən bir insan kimi həmin yerlər barədə sizin dilinizdən eşitmək istərdik.

- Kəlbəcər xalqımız və mənim üçün əlçatmaz olan, cənnət hesab edilən, Azərbaycanın təbii sərvətlərlə zəngin olan dilbər guşəsi idi. Oranın yeraltı və yerüstü sərvətləri, adamlarındakı qonaqpərvərlik, insanlıq elə oranın bir xəzinəsi idi. Hər yazın gəlişi ilə mən elatın dağa çıxması, elat mədəniyyətini xatırlayıram. Elat mədəniyyəti nə idi? Sürülər təxminən bir ay yol gedərdi, Salyandakı qışlaq yerindən tutmuş, Dəlidağa qədər bu köç uzanardı. Köç gələndə yağmur olardı. 15-20 gün çiskinli hava sürərədi. Uşaqları salardılar xurcunun içinə, onların üzləri də sanki lalə kimi al qırmızı görünərdi. Xəzinə idi Kəlbəcər özü boyda. Xalqımızın mənəviyyatı orada qorunurdu.

Mən xeyli müddət işimlə bağlı Kəlbəcərin Bəylik kəndində yaşadım. Hə, elat məsələsini davam etdirim.

Oranın ismətli, əli bərəkətli qadınları alaçıq qurardılar. Uşaqları xurcundan çıxarıb, orda yarım saata bütün işləri görərdilər. O vaxt qadınlarımız çox qoçaq idilər...

Onların o yol boyu dost evləri var idi. Orda qurulan alaçıq insana cənnət məkan təsiri bağışlayırdı. Bir həftə içərisində orda qalan insanların həm üz ifadəsi, həm də ruhunda canlanma baş verirdi. Hətta mal-qaranın tükü belə dəyişirdi.

Biz orada çöl işlərində - kəşfiyyat işlərində çalışırdıq. Orada elə mineral bulaqlar var idi ki, içdikcə insana ləzzət edirdi. İqlimi, havası əvəzolunmaz bir yerdi Kəlbəcər... Orda meyvələrin dadı da başqa idi.


- Hər bölgənin insanı bir çox xüsusiyyətlərinə görə fərqlənir. Siz də Kəlbəcərdə uzun müddət yaşayıb, oranın insanları ilə təmasda olmusunuz. Kəlbəcər insanını necə xarakterizə edərdiniz?

- Mənim yaddaşımda qalan ən əsas və deyərdim ki ən həssas məqam onların öz sözlərinə sadiq olmaları idi. Onlar böyüklə böyük, kiçiklə kiçik kimi davranardılar. Böyüyü sayıb, ona hörmət etmək Kəlbəcər insanının ən gözəl cəhəti idi. Mən o vaxt bir ailədə qalırdım. Bu ailədə 11 nəfər uşaq var idi. Onların bəyəndiyim ən gözəl adəti yerdə süfrə salaraq onun ətrafına yığışmaqları idi. Ata evə gələndə balacadan tutmuş, böyüyə qədər hər kəs ayağa qalxardı. O vaxtın insanı ataya-anaya bu cür hörmət edərdi...

- Maraqlıdır, ordan dostlar qazana bildinizmi?

- Mən orda çox yaxşı dostlar qazandım, onlarlarla indi də əlaqələrimiz var. Bir-birimizin xeyir-şər günündə görüşürük.

- Kəlbəcərə bu qədər bağlı olmağınızı bəlkə həm də sizin doğulduğunuz yerlə bağlıdır. Borçalı, Kəlbəcər...

- Mən bir şeyi deyim. Geologiya unikal bir sahədir. Bu elm daşlarla söhbətdir. Mən Azərbaycanın müxtəlif bölgələrində olmuşam. Amma Kəlbəcər öz unikallığını hər zaman qoruyub saxlaya bilmişdi. Buranın təbiəti də sanki insana gözəllik aşılayırdı. Buranın qışı, soyuğu çox kəskin olurdu. Əlbəttə ki, hər yerin insanı bu şəraitdə yaşaya bilməz, çünki orda insanlar dolanışıq üçün mal-qara saxlamalı idilər. Soyuqda, boranlı qışda bunu bacarmaq da hər kişinin işi deyildi...

Məni Kəlbəcərə ruh bağlayır. Sanki milli kimliyimiz oradadır. Bəzən adam hansısa duyğunu sözlə ifadə edə bilmir. Kəlbəcərlə bağlı da bu düşüncədəyəm.


- Kəlbəcər işğal olunan zaman siz Bakıda idiniz?

- Bəli, 1986-ci ildən Bakıda evim olub. Amma işimlə bağlı rayonlarda yaşamalı olurdum.

- Bəs bu hadisələr baş verən zaman dostlardan kimsə sizdən kömək istədimi?

- Bunu dilə gətirməyi düzgün hesab etmirəm. Bakıya gələn dostlara imkanım çatan qədər kömək etmişdim. Çünki o dostlar da zamanında Kəlbəcərdə olan zaman mənə dəstək olmuşdular. Həm də bəs dost nə üçün lazımdır, dar günün dostu olmalısan. Bayaq da dediyim kimi, Kəlbəcər insanı o qədər dəyərli, insani keyfiyyətləri özündə cəm edirdi ki, belə bir zamanda onlara kömək etməmək, yaralarına həmdəm olmamaq bizə yaraşmazdı...

- Siz o vaxt Kəlbəcərdə yeraltı sərvətlərlə bağlı axtarışlar aparırdınız. Sizcə, belə bir sərvətə sahib olan gözəl guşəmizi itirməklə biz nələri itirdik...

- Bayaq da qeyd etdiyim kimi, Kəlbəcərin özü unikal bir geologiyadır. Geologiyaya aid bütün məhfumları özündə əks elətdirir. Kəlbəcərin təbii sərvətləri saymaqla bitməz. İşğal altında bizim 3 qızıl yatağımız qaldı. Bunlar Söyüdlü, Vejnəli, Qızılbulaq yataqlarıdır ki, hazırda ermənilər bu qızıl yataqlarını vəhçicəsinə istismar edirlər. Söyüdlü yatağı Zaqafqaziyada ən böyük qızıl yatağıdır. Bu Kəlbəcərlə Basarkeçər rayonu ərazisində yerləşir. Bu qızıl yatağının ehtiyatı hal-hazırda 370 min tondur. Bu yataqda mən də geofizik kimi çalışmışam. Adətən dövlət sərhədləri suayrıcından keçirdi. Xəritədə həmin o suayrıcı keçən xətt var. Yatağın təxminən 80%-ə qədəri Azərbaycan əraizisinə düşür. 20% isə Basarkeçərin ərazisi idi. O vaxtlar dövlət xəritələrimiz var idi. Zaqafqaziyanın dövlət xəritəsi Tiflisdə saxlanılırdı. Hansı ki, bunlara dəyişməz xəritələr deyirlər. Oranın da rəhbəri erməni idi. Bizim də yataqlar balansa veriləndə, ehtiyat çox olanda yatağın hesabatı Moskvaya verilirdi. Həmişə onlar o sərhədləri suayrıcı ilə deyil, yollarla, cığırlarla göstərirdilər. Onlar o sərhədləri yanlış qeyd edirdilər. Sonra ulu öndər Heydər Əliyevin qətiyyətli təkidi ilə bu xəritə arxivdə tapıldı və həqiqət ortaya qoyuldu.

Sovet dönəmində Kəlbəcərdə Zod yatağı var idi. Həmin yataq o vaxt onların Metallurgiya Komitəsinin balansına verildi. Bizim ərazimizə daxil olan ən zəngin 8 zona idi. Burda tək qızıl deyil, başqa elementlər də çıxarılırdı. Həmin vaxt Zoda dəmiryolu çəkildi. Həmin dəmiryolu metal konsentrantlarını daşımaq üçün idi. Şaxta qazılırdı. Təsəvvür edirsiniz, ermənilərin yeraltı mağaraları Azərbaycanın ərazisi olan Kəlbəcərin Dəmirçidam kəndinin altına qədər gəlib çıxırdı. Bizim yataqlarımızı, sərvətlərimizi özlərininki kimi istismar edirdilər.

O vaxt, mən orada işləyən zaman, söhbət 1988-89-cu illərdən gedir, yeraltı mağaralarda işlər görürdük. İş aparılan zaman ordan ölçü götürmək mümkün olmurdu. Çünki, yeraltında ermənilərin böyük genaratorları işləyirdi. Ancaq istirahət günü bunu müəyyən etmək mümkün olurdu. Biz o vaxt məsələ qaldırdıq ki, bunların qarşısını almaq üçün işlər görməliyik. Daha sonra biz müraciətlər də etdik. Bu o vaxt SSRİ üçün əlbəttə ki, “iqtisadi cib” idi. SSRİ-yə qızıl lazım idi, onun üçün fərqi yox idi ki, bu qızıl Azərbaycanındır, ermənilər qanunsuz istismar edir və s. Bu gün də həmin yataq ermənilər tərəfindən vəhşicəsinə istismar edilir.

Tutqun çayı boyunca qızıl yataqları var idi. Bunlar Qızılitən, Qalaboynu, Zərqulu, Qazıxanlı yataqları idi. Bu ərazilərdə civə yataqları var idi. Burda eyni zamanda, zinət əşyalarının hazırlanmasında istifadə olunan zəngin bəzəkli daşlar vardı.

Kəlbəcərin təbii ki, ən böyük sərvəti onun İstisuyu idi. Həm böyük, həm də kiçik İstisu. Böyük İstisu Kəlbəcər şəhərinin yaxınlığında yerləşirdi. Burdan istirahət mərkəzi kimi istifadə edilirdi. Bura başqa yerlərdən il ərzində 50 min adam müalicəyə gəlirdi. Buranın illik debiti 600 mln. litr, suyunun temperaturu isə 60 dərəcəyə yaxın idi. Müalicəvi əhəmiyyətinə görə Çexiyadakı Karlovi Varıdan belə üstündür.

Tutqu boyu kəndlərdə Qoturlu dərə deyilən bir yer var idi. Çox adam buranın niyə belə adlandırlmasını bilmirdi. Ora bədəndə olan yaraları müalicə edən yer olduğunu görə belə adlandırılmışdı. Orda Əsriklə Tutqun çayı arasında sol sahilində böyük sahəni əhatə edən mineral su yatağı vardı.

Eyni zamanda Zülfüqarlıda Kiçik İstisu vardı. Ora da insanlar mülalicə almaq üçün gəlirdilər. Elə yer var idi ki, orada suyun istiliyi 70 dərcəyə yaxın idi.

- Kəlbəcər özünün bitki örtüyü, təbiətinin gözəlliyi ilə də hər kəsi valeh edib. Bu məsələ diqqətinizi çəkibmi?

- Kəlbəcərin bitki örtüyü oranın oksigen mənbəyi idi. Cökə çiçəyinin ətri insanı valeh edirdi. Bu cür dilbər guşəmizi necə xatırlamayım ki... Hətta çayını dəmləyib içərdik, arılar ondan bal çəkərdi. Oranın qırmızı moruğunun dadı damağımızdan gedərmi...

Hələ kəkliotu ilə dəmlənən çayı demirəm, sanki içildiyi zaman bütün ağrıları azaldardı. Oranın heyvanlar aləmi də zəngin idi.

Fındıq, fıstıq ağaclarının kölgəsində dincəlmək ayrı bir zövq verirdi. Kəlbəcərin gül-çiçəyinin qoxusu da insanı valeh edirdi. Orada bitən bənövşənin ətrindən heç yerdə yoxdu...

Oranın adət-ənənələri də başqa idi. Toylarda indiki bizim toylar kimi bir mahnı çalınanda 15-20 adam oynamazdı ortalıqda. Hər kişinin özünün oyun havası vardı. Əlində fındıq çubuğu tutmuş bir nəfər də toya nəzarət edərdi. Toya bir həftə qalmış dost-tanış gedib ağaclardan kəsib çadır qurardılar. Və bu çadırlar da başdan-başa xalçalarla örtülü olardı. Bir nəfər atın üstünə minib, bütün kəndi toya dəvət edildiyi sorağını yayardı. Toylar 3 gün davam edərdi... Belə gözəl adət-ənənələri olan bir yer idi Kəlbəcər...

Mənim arzumdur ki, Kəlbəcər azad olunsun, orada özümə bir ev tikim. Mən dünyanın müxtəlif yerlərində oluram, amma Kəlbəcər kimi səfalı yer görməmişəm.

Bizim məşhur geoloqumuz vardı, o vaxt o tövsiyə etdi ki, Bakının su təchizatı Tərtərdən çəkilsin. İndi Böyük Qafqazın bütün çayları bulanıqdı. Amma Tərtər ərazisində sular o qədər təmiz, şəffaf idi ki, onun təmizlənməsinə belə ehtiyac yoxdur. İnsanın orqanizminə mineral lazımdı, o da yalnız Kəlbəcərin sularında idi...

MODERN.AZ

#KəlbəcərHəsrəti #Kəlbəcər

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

DSC_6292.JPG

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.

Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

 

İşğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:
 

27 sentyabr
 

  • Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

  • Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

  • Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
     

 3 oktyabr
 

  • Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

  • Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

  • Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
     

 4 oktyabr
 

  • Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
     

5 oktyabr
 

  • Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
     

 9 oktyabr
 

  • Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

  • Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri 

  • Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

  • Tərtər rayonunun Çaylı kəndi
     

 14 oktyabr
 

  • Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

  • Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
     

15 oktyabr
 

  • Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

  • Füzuli rayonunun Arış kəndi

  • Cəbrayıl rayonunun Doşulu kəndi
     

 16 oktyabr
 

  • Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
     

 17 oktyabr
 

  • Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
     

 18 oktyabr
 

  • Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
     

 19 oktyabr
 

  • Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
     

 20 oktyabr
 

  • Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

  • Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

  • Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

  • Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
     

 21 oktyabr
 

  • Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

  • Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

  • Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
     

 22 oktyabr
 

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

  • Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

  • Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
     

23 oktyabr
 

  • Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

  • Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

  • Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

  • Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
     

 25-26 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

  • Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
     

28 oktyabr
 

  • Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri

  • Füzuli rayonunun Mandılı kəndi

  • Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri

  • Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
     

30 oktyabr
 

  • Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri

  • Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri

  • Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
     

2 noyabr
 

  • Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri

  • Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri

  • Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
     

4 noyabr
 

  • Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri

  • Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri

  • Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.


7 noyabr

 

• Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri

• Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri

• Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri

• Zəngilan rayonunun Beşdəli kəndi

• Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

• Xocalının Qarabulaq, Moşxmaat kəndləri
 

8 noyabr  
 

  • ŞUŞA şəhəri


9 noyabr
 

  • Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri

  • Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri

  • Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri

  • Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri

  • Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri

  • Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi

  • Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri

 
10 noyabr
 

  • Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

  • Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.
     

20 noyabr
 

  • Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub.Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.
     

25 noyabr
 

  • Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib.

     

    Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir.

    2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.
     

1 dekabr
 

  • Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan

     

    çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib.

    Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir

    qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var. 

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev