KƏRİMOV RAFİQ BƏHMƏN OĞLU


Kərimov Rafiq Bəhmən oğlu, 1948-ci ildə Kəlbəcər rayonu Kəlbəcər qəsəbəsində, əməkdar müəllim Bəhmən Cəfərovun ailəsində dünyaya göz açmışdır. O, 1966-cı ildə Kəlbəcər qəsəbə orta məktəbinin 10-cu sinifini gümüş medalla bitirmişdir. Həmin il bir imtahanlarını əla qiymətlərlə verib, Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. Orduda olduğu müddətdə o polk həkimi kimi xidmət etmişdir. 1974-cü ildə ordudan təxris edilimiş və həmin ilin oktyabr ayından Bakı Elmi Tədqiqat Vərəm İnstitutunda cərrahiyə şöbəsinin cərrahı, kiçik elmi işçi kimi fəaliyyət göstərməyə başlamışdır. İşlədiyi müddətdə özünü elmi işə çox həvəskar və çalışqan bir tibb mütəxəssisi kimi göstərmişdir.


R.B.Kərimov təhsilini artırmaq üçün 1981-ci ildə Moskva şəhərindəki Mərkəzi Elmi Tədqiqat Vərəm İnstitutunun aspirantura şöbəsinə daxil olmuş və 1984-cü ildə aspiranturanı qurtarıb, tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Onun dissertasiya mövzusu “Vərəmli xəstəliklərdə təkrarı və etaplı operasiyaların yaxın və uzaq nəticələri” olmuşdur.


R.B.Kərimov müdafiədən sonra Azərbaycana gəlmiş və Elmi Tədqiqat Vərəm İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamış, az sonra baş elmi işçi olmuşdur. 1988-ci ildə Bakıdakı Vərəm İnstitutu daha da geniçləndirilib, Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutuna çevrilmişdir. Burada yeni şöbə açıldı-“Döş qəfəsi” cərrahiyə şöbəsi və ilkin olaraq cərrah Rafiq Kərimov yeni açılmış şöbəyə müdir təyin olundu. Elə o vaxtdan həmin şöbəyə rəhbərlik edir. İnstitututda işlədiyi müddətdə Rafiq Kərimov keçmiş Sovet İttifaqının müxtəlif şəhərlərində və eləcə də Türkiyyədə, İranda Elmi Konfranslarda da müvəffəqiyyətlə elmi məruzələr etmişdir. Bacarıqlı cərrah R.B.Kərimov 50-dən çox elmi məqalənin, 2 ixtiranın və 8 səmərələşdirici təkliflərin müəllifidir. Dəfələrlə o, rəhbərlik və Səhiyyə Nazirliyi tərəfindən müxtəlif mükafatlar və fəxri fərmanlarla təltif olunmuşdur. Hazırda praktiki iş ilə yanaşı, “Ağ ciyər exinokokkozunun cərrahi müalicəsinin müxtəlif üsulları” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev