''Kaş qalan dörd oğlum da şəhid olaydı, amma Kəlbəcər basılmazdı...''



Millət bir olanda dönüb Vətən olur! Kəlbəcərdən şəhid olmuş İbrahimin cənazəsi Zərdabda böyük bir izdihamla qarşılaşanda Zərdab camaatına “eşq olsun”dan başqa söz tapa bilmədim. Zərdablılar sübut etdi ki, Vətən təkcə şəhid verən digər bölgələrdən—indiki halda Kəlbəcərdən ibarət deyil. Vətən birdir və o, hamımızındır! İbrahimin babası Əli kişiyə, atası Ələmşaha, anasına, bacı-qardaşlarına ağır, amma şərəfli itkiyə görə dərin hüznlə başsağlığı verirəm. 1993-cü ilin aprel ayında sonbeşik qardaşım Mahir Murovda qəhrəmancasına şəhid olanda 85 yaşlı atam Ağalaroğlu İbrahimin Şəhidlər Xiyabanındakı izdihamlı dəfn mərasimində dediyi sözlər ötən bu 27 ildə bircə gün də yaddaşımdan silinməyib: KAŞ QALAN DÖRD OĞLUM DA ŞƏHİD OLAYDI, AMMA KƏLBƏCƏR BASILMAZDI!..

İndi bu sözləri atamın müqəddəs ruhunun izniylə Sizlərə ünvanlayıram, möhtərəm Şəhid Ailəsi—hörmətli Vəliyevlər! Toxtaq olun, düşməni sevindirməyin! Düşmənimiz tülkü kimi kol dalından bu izdihamı seyr edib həm sevinir, həm də it kimi qorxur! Bu möhtəşəm birliyimizdən qorxur, bu-gün sabah başlayacaq müqəddəs savaşdan, qüdrətli Azərbaycan Ordusundan qorxur! Hamılıqla and içək ki, hələ sümükləri bərkiməmiş bu mərd, cəsur əsgərimizin qanını yerdə qoymayacağıq! Öz qanımız bahasına olsa da!

Təəssüf ki, sabah baş tutacaq dəfn mərasimində üzrlü səbəbdən iştirak edə bilməyəcəm, amma üç mərasimində Allahın izni ilə dostlarımla bərabər iştirak edəcəm.

Allah rəhmət eləsin.


Əlövsət Ağalarov, Keçmiş millət vəkili, şəhid qardaşı

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev