KAZIMOV MUSA İSMAYIL OĞLU


Kazımov Musa İsmayıl oğlu, 1950-ci ildə Kəlbəcər rayonunun Dalqılışdı kəndində anadan olmuşdur. O,1968-ci ildə Kəlbəcər qəsəbə 1 saylı orta məktəbini əla qiymətlərlə qurtarmışdır. Elə həmin il M.İ.Kazımov Bakıda M.Əzizbəyov adına Azərbaycan Neft Akademiyasının neft mexanikası fakültəsinə daxil olmuşdur.

M.İ.Kazımov tələbəlik illərində Tələbə elmi cəmiyyətinin üzvü olmuş, elmi konforanslarda çıxış etmişdir. İnstitutu fərqlənmə diplomu ilə qurataran M.İ.Kazımov institutda saxlanılmaq tövsiyyəsinə baxmayaraq, istehsalatda işləmək istəmiş və təyinatla Bünyad Sərdarov adına Maşınqayırma zavoduna işə göndərilmişdir. 1976-cı ildə istehsalatdan ayrlmadan ANKİ-nin Maşın hissələri və UQN kafedrası üzrə aspiranturtaya daxil olmuş və həmin ildən axşam institutunda müəllimlik etmiş, həm də istehsalatda fəaliyyətini davam etdirmişdir.


M.İ.Kazımov 1994-96 illərədək B.Sərdarov adına maşınqayırma zavodunda mühəndislikdən zavod direktorunun müavini vəzifəsinə qədər yüksəlmişdir. Hələ Sovet İttifaqı dövründə Kəlbəcərin problemləri ilə maraqlanan M.İ.Kazımov zavodun imkanlarını nəzərə alıb, rayonun bir neçə kolxozunu hamiliyə götürmüşdür. Zavod tərəfindən rayona su çəkmək üçün ora borular, traktor və digər texnikanın verilməsinə nail olmuşdur. Həmin su boruları Kəlbəcər şəhərinə gətirildi. Amma çox təəssüf ki, müharibə hər şeyə son qoydu və həmin avadanlıqlar da girov qaldı, istifadəyə aman verilmədi.


M.İ.Kazımov öz elmi axtarışlarını davam etdirmiş, SSRİ-nin bütün respublikalarında ezamiyyətdə olmuş, qiymətli elmi məlumatlar toplamış, şəxsi tətqiqatlar aparmışdır. O, aspirantura şəraitində “Yüksək burucu momenti ötürən xaçvari muftaların konstruksiyalarının optimallaşdırılması” mövzusu üzrə namizədlik dissertasiyası yazmış, eksperiment apararaq nəticələrini praktikaya tətbiq etmişdir. Lakin o, bu yolda çox çətinliklərlə üzləşərək ölkənin müxtəlif şəhərlərində demək olar ki, neçə-neçə ali məktəb Elmi Şuralarının qapısını döymüşdür.


Nəhayət, M.İ.Kazımov namizədlik dissertasiyasını aparıcı müəssisədə Sinarboru zavodunda müdafiə edib, texniki elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Onun elmi rəhbəri Azərnbaycan Dövlət Neft Akademiyasının “Maşın hissələri və UTM” kafedrasının müdiri, texniki elmlər doktoru, Azərbaycan respublikasının əməkdar elm xadimi, professor Zahid Hacı oğlu Kərimov olmuşdur. Oppenentləri isə Leninqrad Politexnik İnstitutunun prorektoru, texniki elmlər doktoru, professor Y.K.Mixaylov və Azərbaycan Politexnik İnstitutunun professoru Şəmsəddin Bağırov olmuşdur.


M.İ.Kazımov Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizəyə qoşulmuş, 1988-ci ildə ermənilərə qarşı gördüyü tədbirlərə görə, o dövrdə hakimiyyətdə bəzi vəzifələrdə olan erməni əsilli insanların təzyiqləri və birbaşa müdaxiləsi nəticəsində tutduğu vəzifələrdən uzaqlaşdırılmışdır.


M.İ.Kazımov doğma Kəlbəcərə erməni basqınları başlayarkən, öz bilik və bacarığını hərbi texnika istehsalına yönəltmiş və qardaşı Kazımov Xaqani ilə birlikdə öz vəsaitləri hesabına döyüş bölgəsindəki Dikyurd zastavasına üç ədəd hərbi texnika alaraq vermişdilər.


M.İ.Kazımov 20-dən çox elmi məqaləsini elmi jurnallarda çap etdirmişdir. O, hal-hazırda ADNA Tətbiqi mexanika kafedrasının dosentidir. Ailəlidir, bir qızı və bir oğlu var.

53 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev