top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

"Kişiyə daşı kişi atanda urvatdı olur ! " - Əlövsət Ağalarov



Əziz dostlar, son günlər müəyyən obyektiv və məcburi səbəblərdən, mövcud şəraitdən anlaşılmazlıq çıxmasın deyə, mətbuata, sosial şəbəkələrə çıxışıma ara verilməsindən asılı olmayaraq, mətbuatda və sosial şəbəkələrdə gedən diskussiyalardan, qərəzli və ya obyektiv məqalələrdən, bəzən də reallıq və insani hisslərini itirmiş miskin adamların cızma-qaralarından yaxın dostlarım vasitəsilə xəbər tutmuşam. Əvvəla, məlum hadisələrdən narahatlıq keçirən hər kəsə--çoxsaylı, dostlara, tanışlara və hətta tanımadığım şəxslərə dərin təşəkkürümü bildirirəm! İkincisi, əziz və əvəzedilməz dostum, Azərbaycanın, ümumən bütün türk dünyasının ləyaqətli oğlu, Azərbaycanımızı 20 ilə yaxın bir dövrdə, yəni əsrin beşdə birində Avropanın 4 ölkəsində çox böyük ləyaqətlə təmsil edən, dövlətinə, millətinə, Prezidentinə sadiq olan Eldar Hümmət oğlu Həsənovun müəyyən anlaşılmazlıq səbəbiylə həbsindən üzüldüyümü bəyan edərək, bildirmək istəyirəm ki, bu həbsin ətrafında ajiotaj yaradan, şou düzəltmək istəyənlər onların şanssızlığından bu dəfə də çirkin məqsədlərinə nail olmadılar. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin peşəkar və obyektivlik hissini qoruyub saxlayan rəhbərliyinin, bu işlə məşğul olan bütün əməkdaşlarının əsl professionallıq, əynindəki mundirin şərəfini cılız intriqalara qurban verməyən şəxsi heyyətinin dürüst araşdırmalarına əsasən, atılan çamurlar Eldar Həsənova yapışmadı. Kimlərsə qərəzinin aşıb-daşan "coşqun dəryalarında" arzularını gerçəkləşdirmək məqsəfilə Eldar Həsənovu gah Rusiyanın(qərəz və subyektivlik hissi gözlərini yumduğundan bilmədilər ki, son iki ildə məhz Eldar Həsənov Rusiyanın erməni əsilli Xarici İşlər naziri Sergey Lavrovu iki müsahibəsiylə yerdən-yerə çırpıb və yaxud, Serbiyanın ermənistana gizli yolla satdığı silahların sayına qədər dəqiq məlumatı rəsmi məktubla Azərbaycan XİN-ə göndərib), gah digər ölkələrin projesi olaraq xəyallarında Azərbaycanın düşməni obrazında qələmə vermək istədilər və yaxud bir az da" irəli" gedərək, Serbiyadan ermənistana üçüncü ölkə üzərindən satılan silahların məhz onun dəstəyi ilə həyata keçirilən həyasız fikirlər səsləndirdilər. Bu yazıqlar sonda xəyal qırıqlığına uğradılar və yeni-yeni sərsəm ideyalar düşünmək üçün "dərin düşüncələr" girdabına yuvarlandılar. Professional Təhlükəsizlik Xidmətinin əməkdaşları onları bu sevincdən məhrum etdi. Bu qurumla heç vaxt təmasda olmamışdım. Bir neçə günlük təmaslarım, sorğu-suallar göstərdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dövlətçiliyimizin təhlükəsizliyinin qorunmasının əsas qarantlarından biri, bəlkə də birincisi olan bu təşkilatın qarşısında qoyduğu vəzifələrə tam dürüst və doğru-düzgün riayət olunur və insana insani münasibət prioritet məsələ kimi, öndə gedir. Əvvəllər bu qurum haqqında formalaşan mənfi imicdən əsər-əlamət belə, qalmayıb. Fürsətdən istifadə edib mənimlə birlikdə dostlarımla əsl vətəndaş, əsl insan kimi mədəni rəftara görə bütün Xidmət əməkdaşlarına təşəkkürümü bildirirəm.

O ki qaldı hörmətli və əziz qardaşım Eldar Həsənova atılan daşlara, böyük Allah hər şeyi görür və kimin kim olduğunu bu bədbəxt bəndələrdən yaxşı bilir. Eldar müəllimə qiyməti Azərbaycan Prezidenti İlham Əliyev "3-cü dərəcəli Vətənə Xidmət" medalıiyla, Avropanın iki önəmli ölkəsində ucaldılan Heydər Əliyevin əzəmətli heykəlləri, Dunay çayının sahilində hər axşam üvertüraları səslənən böyük Üzeyirbəyin dərinməzmunlu(bəli, məhz dərinməzmunlu) abidəsi, uzaq Podqoritsa(Monteneqronun paytaxtı) şəhərində dahi Cavid əfəndinin gözəl büstü, Sarayevoda dünyaya Xocalı soyqırımının pıçıltılarını yayan möhtəşəm abidə, Belqradda Bəxtiyar Vahabzadə, Bakı küçələri, yenə də Podqoritsada Bakı prospekti, Sarayevoda Bakı küçəsi və s., və i. a. verir. Hələ başda müqəddəs kitabımız Quran olmaqla rumın, serb, Monteneqro dillərinə tərcümə edilib nəşr olunan yüzdən çox klassik və çağdaş bədii, tarixi əsərləri demirəm. Ey fürsətgir cahillər, siz hansı xidmət sahibisiniz? Azərbaycanı hansı xarici ölkədə Eldar Həsənovun tanıtdırdığının onca faizi qədər tanıtmısınız? Müəyyən obyektiv səbəblərdən geniş yaza bilmirəm. İnşallah, kimin kim olduğunu geniş və tutarlı faktlarla qarşınıza qoyanda düşəcəyiniz miskin halınızı indidən təsəvvür edirəm. Kişiyə daşı kişi atanda urvatı olur! Nakişi, naxələflərin atdığı daşlar bumeranq kimi, yaxşı halda atanın özünə, pis halda gələcəyinə qayıdır! Hərdən düşünürəm ki, bir qurda yüz tula daş atmırsa, demək o, qurd deyil! Atın, atın, sonucda İlahi ədalətin nişangahına tuş gələndə peşimançılığınız gec olacaq. İndi Eldar müəllimə hürənlərdən biri--müxalifət donuna bürünən yaramaz Monteneqroya öz katibəsini aparırmış. Eyni uçaqla gedən səfirlik əməkdaşlarından biri bu gədənin məşuqəsiylə birlikdə şəklini çəkir və Eldar müəllimə göstərir ki, Mərkəzə göndərsin. Kişiyanə hərəkətləriylə hər zamankı kimi tanınan Eldar müəllim həmin əməkdaşın telefonunu alır və şəkli silir. Deyir oğlum, bu, kişiliyə yaraşmayan mübarizə metodudur. Əhəmiyyət vermə. Etik cəhətdən və adını çəkib "şərəfləndirməmək" məqsədilə geniş izahata lüzum görmürəm( bir az da qulağı kəsilmiş küçük kimi zingildəsə, adını çəkib mətbuata verəcəm). O şəkil isə yəqin ki, mövcuddur.

Əziz dostlar, hər birinizin narahatçılığını dərin hörmət və ehtiramla qəbul edib bir tövsiyyəmi diqqətinizə çatdırmağı həm hörmətli və əziz qardaşım-55 beş illik sadiq dostum Eldar müəllimin, həm də özümün adımdan dilə gətirmək istəyirəm: mətbuatda, sosial şəbəkələrdə bu olaya səbrli və təmkinli yanaşın, artıq-əksik ifadələrə, emosional fikirlərə yol verməyin. Dövlətimizin qanunları çərçivəsində araşdırılan bu anlaşılmazlığı anlayışla qarşılayıb obyektiv və dürüst istintaqın nəticəsini gözləyək. İnanıram ki, haqq-ədalət öz yerini tutacaq və Azərbaycan Prezidentinə, onun apardığı siyasi kursa hər zaman sadiqliyi ilə seçilən Eldar müəllim yenidən dövlətinin, Prezidentinin yanında olacaqdır! Eldar Həsənov kimi, mən də hörmətli Prezidentimizin ədalətli və humanist insan olduğuna inanıram!


Əlövsət Ağalarov

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page