Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası keçiriləcək




Fevralın 22-də Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” tamaşasının premyerası olacaq.


Parlament Jurnalistləri Birliyinin sədri, Modern.azAzedu.az saytlarının rəhbəri Elşad Eyvazlının eyniadlı kitabı əsasında hazırlanan əsər Ukraynanın “Çornıy kvadrat” teatrında səhnələşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi, Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ərsəyə gələn tamaşada yerli ictimaiyyətə Xosalı soyqırımı haqqında məlumat veriləcək. Səhnə əsərində Ukrayna hadisələri ilə bağlı məqamlar da yer alıb. Əsərdə əsas qəhrəmanlardan biri hər iki valideynini itirən 25 uşaqdan biridir. O, Ukraynaya köçsə də, bəxtinə Ukrayna müharibəsinin də qurbanı olmaq düşüb.



Qeyd edək ki, “Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunub. Kitab bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dillərinə tərcümə olunub və dünyanın bir çox ölkəsində təqdimatı keçirilib. Kitabda Xocalıda hər iki valideynini itirmiş uşaqların yaşadığı dəhşətli hadisələr təsvir olunub.


Modern.az


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev