Ləpələri qırçın-qırçın hör də gəl, Gör darıxmaq necə olur mənimçün



DARIXMAQ NECƏ OLUR

Nəfəsimi köynək elə, geyin, gəl. Darıxmışam, uça-uça, yeyin gəl. Bir az qışqır, bir az danış, deyin, gəl. Gör darıxmaq necə olur mənimçün. Xəyalımı bu payızdan as, gətir, Acıqlanma, səbirini bas, gətir. Kəlbəcərdə öldü sevgim, yas gətir, Gör darıxmaq necə olur mənimçün. Ömrü gödək, ömürlərə calan, ğəl. Qəlbim olub torpağım tək talan, gəl. Buz nəfəslim, küləklərlə dolan, gəl, Gör darıxmaq necə olur mənimçün. Kədərını bu dənizlə böl də gəl, Dalğalarda surətimi gör də gəl. Ləpələri qırçın-qırçın hör də gəl, Gör darıxmaq necə olur mənimçün. Körpə kimi basım səni bağrıma, Məlhəm olum, azarına, ağrına, Nuridəni istəsən heç arama, Gör darıxmaq necə olur mənimçün. Payız Ürəyimdə bir həsrətin adası, Gözlərimdə yaşıl yarpaq vidası. Naxış-naxış keçmışimin butası, Varlığıma süzülübdü bu payız. Güman getdi duman gedən tərəfə, Ömür getdi zaman gedən tərəfə. Ta gedirəm anam gedən tərəfə… Yolum üstə düzülübdü bu payız. 


Yuxarı Güzgüdəki mənə baxdım, Mən idim məndən yuxarı. Taxıl kimi rişələndim, Sünbülüm dəndən yuxarı. Həyat sənlə gözəliydi, Ruhum sənlə özəliydi, O, Tanrıydı, əzəliydi, Sən idin səndən yuxarı. Sən mənim xəzan payızım, Buz nəfəslim, xoş avazım. Zildən düşdü könül sazım, Qalxmadı bəmdən yuxarı. Gözüm izinə iz saldı , Yolçu oldu , yola vardı, O zirvədə Murov qaldı, Dumandan, çəndən yuxarı. Nuridəni zaman vurdu, Ah göynətdi, aman vurdu. Kədərim üzümə durdu, Dayandı qəmdən yuxarı… Geri dön. Halımda hal qoymadın, Hisslərimlə oynadın, Ayrılıqdan doymadın? Geri dön. Yağış yağmaq istədi, Yaş kipriyim üstədi, Ürəyim can üstədi, Geri dön. Bülbüllər gülə gəldi, Sonalar gölə gəldi, Təkliyim dilə gəldi, Geri dön. Qəm, kədəri bəslədi, Musiqidir, bəsdədi? Ruhum sənsiz xəstədi, Geri dön. Geri dön… 


0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev