MÖVSÜMOV ELMAN MƏHƏMMƏD OĞLU


Mövsümov Elman Məhəmməd oğlu, 5 oktyabr 1941-ci ildə Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olmuşdur. O, 1948-ci ildə Çaykənd 7 illik məktəbinə daxil olmuş, 1951-ci ildə natamam orta təhsil aldıqdan sonra, Aşağıqılışlı kənd orta məktəbinə daxil olmuş, 1958-ci ildə həmin məktəbin 10-ci sinifini bitirmişdir.

E.M.Mövsümov 1959-cu ildə H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1964-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmışdir. Daha sonra hərbi xidmətə çağrılmış və bir il Belarusiyanın Minsk şəhərində qulluq etmişdir. Hərbi xidmətdən sonra, 6 il -1972-ci ilə kimi Kəlbəcər rayonunun Lev, Aşağıqılıdı və Çaykənd orta məktəbində kimya-biologiya fənn müəllimi işləmişdir.

Elman müəllim, 1972-ci ildə Bakı şəhərində yerləşən Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya institutunun əyani aspiranturasına daxil olmuşdur. O, dünyada tanınmış Xudu Məmmədovun rəhbərliyi altında aspiranturanı uğurla başa vurur. 1975-ci ildə hələ aspiranturaya imtahan verərkən Xudu Məmmədov da imtahan komissiyasının üzvi imiş. Mövsümovun cavabları onun xoşuna gəlmişdir. Lakin, necə olursa aspiranturanı qurtaran Elman Mövsümov təhsilini, elmi fəaliyyətini davam etdirmək istəmir. Bundan xəbər tutan Xudu Məmmədov onu təkid edir və elmi rəhbərinin özü olacağını bildirir. Elman müəllim onun təklifini qəbul edir və məmuniyyətlə onunla birgə çalışmağa başlayır. 1975-ci ildə Xudu Məmmədovun rəhbərliyi ilə “Monobenzol turşusunun metal komplekslərinin sintezi və kristal quruluşları” mövzusunda disertasiya müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsini alır. O, 1981-ci ilədək Kirovabad Kənd Təsərrüfatı İnstitunda kiçik elmi işçi kimi çalışır. 1981-ci ildə həmin institutda kimya kafedrasında assistent seçilir. Burada daha səmərəli elmi fəaliyyətlə məşğul olmuş və 1989-cu ildə Daşkənd şəhərində “Benzol turşusu törəmələrin koordinasion kimyası” mövzusunda doktorluq müdafiə edib “kimya elmlər doktoru” alimlik dərəcəsinə layiq görülmüşdür.


Mövsümov Elman 1990-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kimya kafedrasına müdir seçilmişdir. 1991-ci ildə yüksək elmi bacarığını nəzərə alib, SSRİ Xalq Təhsili Nazirliyinin qərarı ilə Mövsümov professor vəzifəsinə təyin olunmuşdur.

Onun elmi fəaliyyəri genişlənərək Azərbaycandan uzaq ölkələrdə davam edir:


-1993-cü ildə Türkiyənin İstanbul Universitetində və Ankara Hacattəpə Universitetində elmi mühazirələr oxumuşdur.


-1994-cü ildə “Türkiyə bilimsel ve araşdırma kurumu” (TUBİTAK) tərəfindən elmi iş aparmaq üçün Ankaranın Hacattəpə Universitetinə dəvət olunur. O, Ankarada üç ay müddətində 20-dən çox yeni maddələr sintez edərək onların monokristallarını almışdır.


Professor sintez etdiyi kristalların qruluşlarını açaraq, ingilis dilində 6 elmi məqalə hazırlayır və Beynəlxalq kristaloqrafların “Arka kristalloqrafiya” jurnalında çap etdirir.

Hazırda, professor Türkiyə alimləri ilə, Malayziyanın Penanq Universitetinin kristalloqrafları ilə əməkdaşlıq edir.100-dən çox elmi əsəri və bir dərslik kitabının müəllifidir.

53 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev