MÖVSÜMOV FƏRZALI MƏHƏMMƏD OĞLU


Mövsümov Fərzalı Məhəmməd oğlu, 1953-cü ilin avqust ayında Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olmuşdur. 1960-cı ildə Çaykənd kənd orta məktəbinə daxil olmuş və 1970-ci ildə orta məktəbi qurtarmışdır. O, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun, Kimya texnologiya fakültəsinə qəbul olunmuşdur. 1977-ci ildə həmin intitututu fərqlənmə diplomu ilə bitirmişdir.


F.M.Mövsümov 1977-ci ilin oktyabrında hərbi xidmətə çağrılmış, 1979-cu ilə qədər Macarıstan Respublikasında hərbi xidmətə göndərilmişdir və ordu sıralarında layiqincə xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunan F.M.Mövsümov 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına daxil olmuşdur. Oxuduğu müddətdə, burada iki avtoreferatı və iki elmi məqaləsi çap olunmuşdur:


1. “Molibdenin oksimonotiollar vasitəsilə iki fazalı sistemdə təyini”- Azərbaycan kimya jurnalı, №-6, Bakı, 1986.

2. “Volframın aksimonotiollar vasitəsilə iki fazalı sistemdə təyini”, Bakı, 1987.


F.M.Mövsümov institutu qurtardıqdan sonra təyinatla Sumqayıt Üzvi Sintez İstehsalat Birliyinə işə göndərilmişdir. 1992-ci ilə qədər orada növbə rəisi işləmişdir. Aspiranturanı 1993-cü ildə başa vuran Mövsümov.F, kimya elmləri doktoru professor Rəsul Ələkbərovun rəhbərliyi ilə “Əlvan və nadir metalların selektik ayrılması və bölünməsi üçün yeni üzvi reagentlərin və ekstrakt sistemlərin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi adı almışdır. Bundan sonra o, Bakı şəhəri Avtonəqliyyat Birliyində baş mühəndis işləmiş, daha sonra, yenə həyatını elmə bağlamışdır.

F.M.Mövsümov Elmi Konfranslarda dərin elmi məzmuna malik çıxışları dinləyən bütün alimlərin diqqətini tədqiqatına cəlb etmiş, onların marağına səbəb olmuşdur:


1. “Oksimonotiollar vasitəsilə elementlərin ekstraksiyası”. İvanov şəhəri, 1981.

2. “2-Oksi-5 Metilofenolla molibdenin ekstraksiyası”. Bakı şəhəri, 1982.

3. “2-Oksi-5 amiltiafenol molibden və bismut üçün yeni analitik ekstragientdir”. Kiyev şəhəhəri, 1983.

4. “Oksimonotifenollar və onun analitik kimyada istifadə olunması”, Kiyev şəhəri, 1983.

5. “2-Oksi-5 Metiltifenol, fotometrik yolla volframın təyini reaktividir”, Bakı şəhəri, 1984.


F.M.Mövsümov evlidir. Həyat yoldaşı ali təhsilli ingilis dili müəlliməsidir. Bir oğlu bə bir qızı vardır.


Bu kitabda təsvir olunan kimya elmləri doktoru, professor Mövsümov Elman Məhəmməd oğlu eyni zamanda Fərzalı müəllimin qardaşıdır.

11 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev