top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilmişdir - FOTO



28 May Müstəqillik Günü ilə əlaqədar Bakı şəhərində məskunlaşmış Kəlbəcər rayon ictimaiyyət nümayəndələri, ziyalılar, gənclərlə birlikdə tədbir keçirilib.


Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov geniş məruzə ilə çıxış edib.


Millət vəkili 20-ci əsrin əvvəlində gərgin geosiyasi vəziyyətdə Azərbaycanın ziyalılarının, dövlət xadimlərinin fədakar mübarizəsindən, Cümhuriyyət davasından bəhs edib, onların tarixi xidmətlərindən danışıb. Bildirib ki, heç bir dövlət resursu, ordusu, maliyyəsi olmayan tarixi şəxsiyyətlərimiz müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoymaqla, Azərbaycan xalqını müasir dünyanın bir parçasına çevirə bildilər: "Qurucu babalarımız ilk dəfə dövlət dili, mili bayrağımız, qadınlara seçki hüququnun verilməsi, böyük ərazidə dövlət aparatının təsis edilməsi və çoxsaylı xidmətləri ilə bugünki Azərbaycanın siyasi, ideoloji və dövləti fəaliyyətinin əsaslarını təşkil edir".



A.Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xalq Cümhuriyyətinin ənənələrini bərpa etdi: "90-cı illərin ölkədə əvvəlində yaranmış ağır hərbi, siyasi vəziyyət ölkənin parçalanması, vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Ümumilli liderin müdrik siyasəti Azərbaycanı bu bəlalardan hifz etdi, əsl Cümhuriyyət ənənələrinə söykənən müasir dövlətin əsas qoyuldu. Prezident İlham Əliyev isə Azərbaycan dövlətini dünyanın aparıcı dövlətləri sırasına çıxararaq ölkəmizi, ordumuzu gücləndirdi. 44 günlük Vətən müharibəsi ilə işğal edilmiş torpaqlarımızı geri qaytardıq. Bu gün azad edilmiş ərazilərimiz böyük tikinti meydanını xatırladır. Artıq, Şuşada beynəlxalq tədbirlər keçirlir. İnanırıq ki, bu kimi tədbirlər yaxın dövrdə doğma Kəlbəcərimizdə keçiriləcək. Kəlbəcərin zəngin iqtisadi potensialı ölkəmizin gücünə güc qatacaq".


A.Məmmədov iştirakçıları Müstəqillik bayramı münasibətilə təbrik edərək onlara ölkəmizin mənafeyi naminə fəaliyyətlərində uğurlar arzulayıb.



Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov müstəqiliyimizin çətin şərtlər altında əldə edildiyini qeyd edərək bildirib ki, müstəqilliyi qazanmaqdan daha çətin iş onun əbədiliyini təmin etməkdir: "Müasir dövrdə Ulu öndərin əsasını qoyduğu siyasət Azərbaycanın müstəqilliyini əbədi etdi".



Çıxışçılar Bəxtiyar Şadmanov, Namiq Dəlidağlı, Bünyad Şirinli, Nərmin Cəlilova və Arzuman Qarayev və başqaları Müstəqilik günü ilə bağlı fikirlərini çatdırıblar.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page