Məşhur nəşr Xocalıdan yazdı, ermənilər hərəkətə keçdi - FOTO



Dünyanın ən məşhur nəşrlərindən sayılan “National Geographic”in sosial şəbəkə hesablarında 1992-ci ildə erməni quldurlarının törətdiyi Xocalı qırğınından möcüzəli şəkildə sağ qurtulmağı bacaran azərbaycanlı qadın barədə informasiya yerləşdirilib.

Eurasia Diary xəbər verir ki, nəşrin İnstaqram səhifəsi 61 yaşlı Azərbaycan vətəndaşı Elmira Allahverdiyevanın fotosunu paylaşıb.

“Elmira Allahverdiyeva – 61 yaş. Xocalı qırğınından sonra sağ qalmağı bacaranlardan biridir. Foto 22 oktyabr 2017-ci ildə Azərbaycanın Goranboy rayonunda çəkilib”, - foto İnstaqram izləyicilərinə bu sözlərlə təqdim edilib.

Xocalı soyqırımı zamanı Elmira Allahverdiyevanın həyat yoldaşı, qardaşları, ata və anası qəddarlıqla qətlə yetirilib. Onun 25 qohumunun adı hələ də itkin düşən insanlar siyahısındadır.

Qeyd edək ki, hesabın soydaşımız barədə paylaşımı qısa zaman ərzində 39 min dəfədən çox bəyənilib. Hesabın izləyici sayı isə təxminən 100 milyona yaxındır.



Bunun ardınca erməni sosial şəbəkə istifadəçiləri nəşri tənqid etməyə, “Sumqayıt hadisələri”nə diqqət ayırmamaqla ayrı-seçkiliyə yol verməkdə suçlamağa cəhd ediblər.

#Qarabağ #Azərbaycan #XocalıSoyqırımı #armenianvandalisme #SumqayıtHadisələri

Ednews.net



BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev