Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib-FOTOLAR

Updated: Mar 20, 2019


Məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə Novruz bayramı münasibətilə tədbirlər keçirilib. Abşeron rayonunda yeni istifadəyə verilmiş 1000 ailəlik yaşayış kompleksində keçirilən ilk Novruz şənliyində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru, millət vəkili Mahir Abbaszadə, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov və digər rəsmi şəxslər iştirak ediblər.



Novruz bayramı münasibəti ilə sakinləri təbrik edən Dövlət Komitəsinin sədri ölkə rəhbərliyinin məcburi köçkünlərə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, müasir tipli yeni qəsəbənin də bunun növbəti təzahürü olduğunu bildirib. Prezident İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, həmin ərazilərdə də Novruz tonqallarının qalanacağına əminlik ifadə olunub. Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xalqımızın əziz bayramı kimi Novruzun beynəlxalq səviyyədə tanınmasında və qeyd edilməsində mühüm xidməti vardır. Qubadlı rayon icra hakimiyyətinin başçısı məcburi köçkünləri bayram münasibətilə təbrik edib, onlara can sağlığı, firavanlıq arzu edib. Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirilən tədbirdə məcburi köçkünlərin əl işlərindən ibarət sərgi, qədim məişət əşyaları və eksponatlar nümayiş olunub. İdmançı gənclərin çıxışları da maraqla qarşılanıb . Tədbir konsert proqramı ilə davam edib. Bakının Ramana qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində isə Şuşa Şəhər Icra Hakimiyyətinin və şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bayram şənliyi keçirilib. Şəhərcikdə məskunlaşmış məcburi köçkünlər bayram münasibəti ilə təbrik edilib. Ölkəmizə əmin-amanlıq, əhaliyə bol ruzi-bərəkət arzu edilib. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən, Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki xidmətlərindən söz açılıb, Novruz bayramını xalqımızın tezliklə Şuşada da qeyd edəcəyinə inam ifadə olunub.



Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivinin konsert proqramı ilə davam edib. Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış qəsəbədə də Novruz şənliyi keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən şənlikdə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov, yerli ziyalılar və ictimai fəallar iştirak ediblər. Milli geyimli 5 çapar qəsəbənin bütün əhalisini bayram tədbirinin keçiriləcəyi əraziyə dəvət edib. Burada şənlik iştirakçılarını Dədə Qorqud və Bahar qız qarşılayıblar. Kosa və Keçəl duzlu-məzəli söhbətləri və zarafatları ilə tədbiri şənləndiriblər. Tədbir iştirakçıları məcburi köçkünlərə məxsus əl işlərindən ibarət sərgiyə, tətbiqi sənət nümunələrinə baxıb, xalq adət-ənənələrini nümayişinə tamaşa ediblər. Bundan başqa qəsəbədə yerləşən idarə, müəssisə və təşkilatların kollektivlərinin hər biri özünün Novruz süfrəsini hazırlayıb. Tədbir iştirakçıları bayram şirniyyyatları və təamlarından dadıblar. Novruz bayramının adətlərindən olan xoruz döyüşdürmək, ənzəli və dirədöymə oyunları böyük maraqla qarşılanıb. Tədbir Muğam Televiziya Müsabiqəsi qaliblərinin və Kəlbəcər aşıqlarının konsert proqramı ilə başa çatıb.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev