Məcburi köçkünlər üçün səyyar oftalmoloji müayinə təşkil edilib



Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, o cümlədən məcburi köçkünlərin sağlamlığının qorunması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin tapşırığı ilə hər il əhalinin pulsuz tibbi müayinədən keçirilməsi üçün zəruri tədbirlər görülür. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyeva müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən, müayinə və müalicə imkanları məhdud olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin sağlamlığının bərpasına daim diqqət və qayğı göstərir.

Ölkəmizdəki mərhəmət və humanizm ənənələrinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 6-da Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yeni yaşayış kompleksində məcburi köçkünlər üçün səyyar ödənişsiz oftalmoloji müayinə aksiyası keçirilib. Müayinə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası tərəfindən aparılıb, pasiyentlərə ixtisaslı yardım göstərilib. Aksiya çərçivəsində 150-dən çox məcburi köçkün müayinədən keçib, onlara ilkin diaqnoz qoyulub, zəruri hallarda eynək təyin edilib. Xatırladaq ki, Dövlət Komitəsinin təşəbbüsü ilə Türkiyənin məşhur “Dünyagöz” klinikasının Bakı filialının həkim briqadası ötən il “Qobu park” yaşayış kompleksində səyyar ödənişsiz oftalmoloji müayinə keçirib. Bundan başqa, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası da Dövlət Komitəsinin təşəbbüsünü dəstəkləyərək, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya təşkil edib.


Regionlarda da humanitar aksiyalar həyata keçirilib. Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə keçirilmiş sağlamlıq aksiyasında müxtəlif ixtisaslı 11 həkimdən ibarət briqada ümumilikdə 100-dən çox sakinə tibbi xidmət göstərib. Məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də belə tibbi aksiyaların keçirilməsi nəzərdə tutulub.


QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev