Mədəniyyətin keşiyində dayananlar - Akif Bayramov
Bayramov Akif Şəmsəddin oğlu 1 yanvar 1965-ci ildə Kəlbəcər rayonunda ziyalı ailəsində anadan olmuşdur.

1972-ci ildə Kəlbəcər rayon 1 saylı məktəbə getmişdir.

Akif Şəmsəddin oğlu Bayramov 1982-ci ildən 1987-ci ilə qədər Kəlbəcər rayon Mədəniyyət və Turizm şöbəsində müxtəlif vəzifələrdə çalışmış,1987-ci ildən hal-hazıra qədər isə Aşıq Şəmşir adına Kəlbəcər ayon Mədəniyyət evinin direktoru vəzifəsində çalışır.

Ali–ixtisaslı bir kadr kimi hələ Kəlbəcərdə yaşayıb işləyərkən bir sıra uğurlar və nailiyyətlər qazanmışdır.1987-ci ildə keçmiş SSRİ dövründə keçirilən II Ümumiitifaq Xalq Yaradıcılığı Festivalının iştirakçısı olaraq “laurent” adı qazanmışdır.Gənclik çağlarında saysız-hesabsız uğurlar qazanan Akif Bayramov bugündə işinin öhdəsindən layiqincə gələrək bir çox əlamətdar günlərdə,bayramlarda,yaradıcılıq gecələri,yubiley tədbirlərində yüksək təşkilatçılıq edərək bir çox uğurlar qazanmışdır.






1993-cü ildən Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalından sonra "Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evi" fəaliyyətini Gəncə şəhər Gülüstan qəsəbəsi Kəlbəcər Qərərgahında ADAU-nin 6 saylı yataxanasında davam etdirdiyigündən “Bədii özfəaliyyət” kollektivlərinin birgə fəaliyyət göstərməsində Akif Bayramovun əməyi hədsizdir.Beləki,istedadlı ,qabiliyyətli sənətçilərin,aşıqların,musiqiçilərin Mədəniyyət evində yenidən fəaliyyət göstərmələri üçün çox işlər görülmüşdür.Bunun nəticəsidir ki,2002-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən aparılan yoxlama zamanı Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin işi Respublika üzrə “Nümunəvi” hesab edilərək yüksək qiymət verilmiş,Cənab Nazir müavini Ədalət Vəliyevin imzası ilə şəxsən Akif Bayramova təşəkkür məktubu göndərilmiş,Cənab Nazir Polad Bülbüloğlunun şəxsi imzası ilə aylıq məvacib artırılmışdır.


Akif Bayramovun rəhbərliyi ilə müxtəlif sahələr üzrə gənc istedadlar üzə çıxarılaraq Respublikada keçirilən tədbirlərdə diplomlar,fəxri-fərmanlar,qiymətli hədiyələr qazanaraq müxtəlif tədbirlərin iştirakçısı olmuşdr.






Akif Bayramovun son illərdəki fəaliyyəti daha qənaətbəxş kimi qiymətləndirilmişdir.Beləki,Prezidentimiz Cənab İlham Əliyevin Kəlbəcərli məcburi-köçkünlər üçün tikilmiş evlərin açılış mərasimlərində - Goranboy rayonunun Veysli qəsəbəsi,Yevlax şəhərində,Goranboy rayonundakı şəhərciklərdə çıxışları çox yüksək qiymətləndirilmiş,təşəkkürə layiq görülmüşdür.

Akif Bayramov Kəlbəcərin tanınmış ustad aşıqları-Dədə Şəmşirin 118 illik yubileyi,Qəmkeş Allahverdiyinin 75 illik yubileyi,Şair Sücaətin 50 və 65 illik yubileyləri,Bəhmən Vətənoğlunun 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsində zəhməti hədsizdir. Akif Bayramov daimi öz üzərində çalışır,dövlətimizin,hökumətimizin qarşıya qoyduğu qərarlara,fərman və sərəncamların yerinə yetirilməsində daima iş aparır.